22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə aparılır

İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə aparılır

İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə aparılır.

İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Bu ərazilərdə bərpa işlərinin ardıcıllığına gəldikdə, burada minaların təmizlənməsi birinci dərəcəli vəzifə kimi müəyyənləşdirilib. Əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərin sakinləri – keçmiş köçkünlər də bərpa işlərinə cəlb olunublar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.

Bəhs olunan ərazilərin iqtisadi potensialı, o cümlədən bərpaolunan enerji resursları kifayət qədər böyükdür. Beləliklə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki bərpaolunan enerji mənbələri hesabına ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Təsadüfi deyil ki, Prezidentimiz cənab İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib.Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib.

Prezidentin göstərişilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Həyata keçiriləcək işlər çərçivəsində Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək.

İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı layihələrin icrası intensiv şəkildə davam etdirilir. Burada yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması digər prioritet istiqamət kimi müəyyənləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə üç hava limanının tikintisi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarında Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə qoyulub.İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma işləri də plan əsasında həyata keçirilir. Azərbaycan yaşayış məntəqələrinin bərpasında “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarını tətbiq edir.Həmçinin xüsusi layihələr əsasında Qubadlı, Laçın və Kəlbəcər şəhərləri də yenidən qurulacaq.

Müstəqil Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Ölkəmizin hər yerində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Dölətmizin başçısının tapşırıq və tövsiyyələrinə əsasən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülən işlər ürıkaçandır. Yurdumuzun hər yeri gözəlləşir, Azərbaycan inkişaf edir. Bu reallıq bizim sabaha olan inamımızı artırır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin fond mühafizi – Leyla Əliyeva.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın