21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır

Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır

Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır

 

Qarabağdan qanunsuz erməni silahlılarının çıxarılması məsələsi heç vaxt olmadığı qədər, bütün ciddiliyi ilə gündəmə gəlib. Ötən həftə, 2022-ci ilin 6 ayın yekununa həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev bu məsələyə məxsusi toxundu. Azərbaycanın öz imzasına sadiq qaldığı halda, erməni tərəfi və Rusiya liderindən 10 noyabr kapitulyasiya aktına münasibətdə eyni münasibət görmədiyini təəssüflə vurğuladı. Ən önəmlisi, Prezident cənab  İlham Əliyev sənədin bu haqda olan müvafiq 4-cü bəndinin indiyədək icrasız qalmasının məsuliyyətini açıq şəkildə və haqlı olaraq, qarşı tərəfin üzərinə qoydu.  Cənab Prezidentin sözlərindən o da məlum oldu ki, Rusiya tərəfi hətta vəd veribmiş ki, uzağı bu ilin iyun ayınadək erməni hərbi hissələri Qarabağdan çıxarılacaq. Amma vəd yerinə yetirilməyib.

Azərbaycan lideri bununla llitinə aydın bir mesaj göndərdi ki, Rusiya qanunsuz silahlı dəstələri ərazimizdən çıxarmasa, bu işi Azərbaycan Ordusu görəcək. Daha doğrusu, onu kiçik bir hissəsi. Ola bilsin heç xüsusi təyinatlılara, komanda qüvvələrinə ehtiyac da olmasın. “Qarabağdakı bütün qanunsuz erməni silahlı dəstələrin dislokasiya yerləri məlumdur. Azərbaycanın Ermənistan silahlı qüvvələrinin ərazimizdəki qalıqlarına hətta birbaşa təmas olmadan, pilotsuz təyyarələr və ya digər hərbi vasitələrlə dəqiq və çox ağrılı zərbələr endirmək imkanı var”. Yəqin ki, bu addımları çox gözləmək lazım gəlməyəcək. Ermənistanın məğlub tərəf olduğunu ona əyani  xatırlamağın vaxtı çatıb.

 

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın