Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildi
Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildi
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. Ötən dövr ərzində bir neçə dəfə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşləri keçirilmişdir. Görüşlərin nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır. Avropa İttifaqı Şurasının Prezidenti regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə vacibliyini bildirib.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması hər iki tərəf üçün vacibdir. Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın yeni mərhələsi üçün güclü zəmin yaradır.
Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilk növbədə Azərbaycan üçün çox vacibdir. Azərbaycanın bu təklifi qəbul etməsi, ona yeni siyasi güc verəcək. Həmçinin, Azərbaycanın bütün Avropa ölkələri ilə danışıqlarına təkan verəcək və daha çox mübadilələrə yol açacaqdır. Bütün bunlar Azərbaycan üçün yeni daha güclü imic yaradacaq.
Vüsalə Kərimova –Zərdab şəhər sakini, şəhər 1 saylı məktəb–liseyin direktoru