Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na yönəldərək bildirib ki, tərəflər bu sənədin perspektivlərindən bəhs edərək onun əlaqələrin inkişafına böyük töhfələr verəcəyinə əminliklərini ifadə edirlər: “Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir” söyləyərək Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd etmişdir.
Bu gün qürur hissi ilə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edirik. Həmçinin tarixi Zəfərimizin reallıqlarının qəbulu fonunda dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün aparılmasını, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasını da qeyd etməliyik. Hər bir rayon özünəməxsus iqtisadi imkanlara malikdir. Onların potensialından səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur ki, bunlardan biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Dövlət başçısı bildirir ki, bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik.”
Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri