21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İcra başçıları daim insanlarla təmasda olmalıdır

İcra başçıları daim insanlarla təmasda olmalıdır

İcra başçıları daim insanlarla təmasda olmalıdır.

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü,böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.Elektrik enerjisi ilə təchizat,qazlaşdırma,yol infrastrukturu, suvarma,içməli su layihələri,sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana,tibb ocaqları,bir çox məktəblər inşa edildi.Əlbəttə ki,rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur.Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz.Bizdə elə infrastruktur layihələri icra edildiki,heç sovet vaxtında bunlar icra edilmirdi.Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı.Prezident İlham Əliyevin göstərişilə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttəki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir.Ancaq imkan daxilində bütün bu işlər görülməklə insanların rifah halı yaxşılaşdırılmışdır..

Təbii ki,bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır.Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bugün 10 milyondan çoxdur.Bu,təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq,ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.Hər rayon üzrəkvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra  başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir.

Icra Hakimiyyəti başçıları daim insanlarla təmasda olmalıdırlar.Bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlidirlər– Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.Əlbəttə,icra başçıları fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir.Bu kateqoriyadan olan insanlara diqqət göstərilməlidir. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmamalıdırlar, əksinə, daim onların yaşayışı ilə, məşğulluğu ilə maraqlanmalıdırlar.

 

Niyaz Həsənov

Saatlı rayonu Smadakənd kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın