22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır.

Qarabağ savaşında qazanılmış Qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq, döyüş əməliyyatları dayanan vaxtdan bölgədə irimiqyaslı bərpa-quruculuq işləri başlamışdır. Ötən il aparılmış zəruri hazırlıqdan sonra Böyük Qayıdışın təməllərinin yaradılması prosesi daha geniş miqyas almışdır.Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Zəngəzur dəhlizinin də açılması zərurəti yarandı. Bildiyimiz kimi, hazırda bu istiqamətdə genişmiqyaslı işlər aparılır və tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsinin dəyişəcəyinə şahidlik edəcəyik.

Azad edilmiş ərazilərdə icra olunan yol layihələrində qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın aparılması sözsüz ki, fəaliyyətin daha səmərəli olmasına müsbət təsir göstərir. Bu istiqamətdə qısa müddət ərzində çox böyük işlərin görülməsi bunu bir daha sübut edir. Qazandığımız Böyük Zəfərin ardından geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq və bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına təkan verəcək. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.Bütün bunlar ölkə başçımız cənab İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Sadəcə, burada Prezidentin dəfələrlə vurğuladığı bir məqam- zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması  işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir.

Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan, eyni zamanda, işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi – Rəşad İsmayılov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın