Andına və xalqına sadiq qalmış Ulu Öndər
Andına və xalqına sadiq qalmış Ulu Öndər
3 oktyabr 1993-cü il prezident seçkiləri Azərbaycan xalqının tarixində mühüm bir tarixi hadisə kimi yaddaşlara həkk olundu. Xalqımızın taleyini, gələcək müqəddəratını həll edən bu seçim Ulu Öndərə olan dərin inam və etimadın göstəricisi idi. Azərbaycan xalqı bilirdi ki, o dövrkü ağır və soyasi böhranlı bir zamanda ölkəni yalnız Heydər Əliyev kimibir siyasi rəhbər xilas edə bilər.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider qısa müddətdə idarəçilikdə əsaslı dönüş yaratdı. Çox keçmədən müxtəlif sahələri əhatə edən islahatlar nəticəsində ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Ölkə daxilində mövcud olan xaos aradan götürüldü, ictimai-siyasi sabitlik bərqərar olundu, ordu quruculuğu möhkəmləndirildi, vahid komandanlıq yaradıldı, neft sazişləri nəticəsində ölkəyə xaricdən sərmahə qoyulması təmin edildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar bir lider kimi hər zaman yaşayacaqdır. Onun vətən, xalq qarşısındakı misilsiz xidmətləri heç bir zaman unudulmayacaq.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilo