22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Andına və xalqına sadiq olmuş Ulu Öndər

Andına və xalqına sadiq olmuş Ulu Öndər

Andına və xalqına sadiq olmuş Ulu Öndər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olundu. Qərarın bu il verilməsi heç də təsadüfi hadisə deyil. Məlum olduğu kimi, Heydər Əlirza oğlu Əliyev 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan Respublikasına Prezident kimi rəhbərlik etmişdir. Şuşa ilin”dən sonra “Heydər Əliyev ili”nin qeyd edilməsi əlamətdar hadisədir. Qarabağı, Şuşanı azad görmək ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyevin fəaliyyəti, ideya-siyasi və idarəçilik irsi çox zəngindir. Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir. Hələ bundan son­ra neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Bö­yük rəhbərin istər Azərbaycanda hakimiyyətinin birinci mərthələsi (1969–1982), istər Naxçıvan dövrü (1990–1993), istərsə də müstəqilliyimizin bərpasından sonrakı illəri ayrı-ayrılıq­da çağdaş siyasi tariximizin parlaq və zəngin səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə əzəmətli bir abidə ucal­dıb. O abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. 3 oktyabr ulu öndər Heydər Əliyevin 1993-cü ildə ilk dəfə müstəqil Azərbaycan dövlətinə Pre­zident seçildiyi gündür. Artıq həmin tarixdən bizləri 29 illik zaman ayırır. 29 ildə Azərbaycanın keçdiyi inkişaf yolu­na nəzər salsaq görərik ki, hər bir ad­dım torpağa, Vətənə bağlılığın fonun­da dövlətimizin, xalqımızın gələcəyinə xidmət edən qərarlarla zəngindir. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən qu­ruldu. Dövlətçiliyin əsasları yaradıldı.Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demok­ratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. 3 oktyabr 1993-cü il tarixində xalq özünün liderini düzgün seçdi. Oktyabrın 10-da isə Azərbaycan xalqının bugünkü rifahı və dövlətin inkişafı üçün zəmin yarandı. Həmin gün Ulu Öndər “…Həyatımın sonuna qədər Azərbaycan xalqına sədaqətlə xidmət edəcəyəm” dedi və öz andına sadiq qaldı. İlkin olaraq xalqın iradəsi qalib gəldi. Sonra isə xalqın lideri qalib gəldi. Nəticədə bu gün müstəqil Azərbaycan dünya ölkələri sırasında layiqli yer tutan, öz mövqeyini sərgiləyən güclü dövlətə çevrildi.Müstəqilliyi yenicə əldə etmiş dövlətdə baş verən siyasi xaos, hərc-mərclik və daha nələr-nələr… Böyük siyasətçinin uzaqgörənliyi, siyasi gücü, Vətən sevgisi və xalqın Heydər baba sevgisi ilə bütün bunlar tarixə qərq oldu. Ulu öndərin siyasi kursu onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. Günbəgün inkişaf edən Azərbaycanımızı qorumaq üçün cənab prezident İlham Əliyevin yanında olmalı, sevgimiz ilə mənəvi gücümüzü ifadə etməli, Mehriban xanımın “Qoy tanrı Azərbaycanı hər zaman qorusun” duasına “amin” deməliyik.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin  müəllimi- İlahə Mustafayeva.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın