21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

Dövlətimizin başçısı cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bəyan etmişdi ki, Azərbaycan ərazisinin bir qarışını da heç kimə güzəştə getməyəcək, bizim Ermənistana güzəştimiz o ola bilər ki, münaqişəni masa arxasında əyləşərək həll edək. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Həmçinin Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı cənab İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir.

Zərdab şəhər sakini fəal gənc – Jalə Kərimli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın