08.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür

Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür

Zəngilan Beynəlxalq Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzurun sürətlə inkişafına öz töhfəsini verəcək. Heç şübhəsiz ki, bu hava limanının inşası və açılışı Azərbaycana strateji-hərbi və sosial-iqtisadi üstünlüklər qazandırır. Qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda böyük miqyasda bərpa və quruculuq işlərinin həyata keçirilməsi bir daha Azərbaycan dövlətinin qətiyyətinin, iradəsinin və qüdrətinin nümayişidir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi “Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür”. Bütövlükdə isə Zəngilanda və Cəbrayılda bir daha Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi yaşandı. Şuşa Bəyannaməsi ilə bütün sahələrdə rəsmən müttəfiq olan Türkiyə və Azərbaycanın birliyi bölgədə çox önəmli bir amilə çevrildi. Artıq faktdır ki, ikinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı və birliyi daha da yüksək pilləyə qalxıb. Bu gün Azərbaycan və Türkiyə bayraqları Qarabağda və Şərqi Zəngəzurda da bir yerdə dalğalanır. Prezident cənab İlham Əliyevin bildirdiyi kimi bu, ürəkdən gələn duyğulardır, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Kamal Xəlilov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın