22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Tarixi ənənələrə söykənən əməkdaşlıq

Tarixi ənənələrə söykənən əməkdaşlıq

Azərbaycan dövləti daim qonşu ölkələrlə mehribanlıq şəraitində yaşamağa, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına çalışmışdır. Sıx əməkdaşlıq etdiyimiz , qonşu ölkələrdən biri də məhz Gürcüstan Respublikasıdır. Əsrlər boyu hər iki xalq dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışdır. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri müttəfiqlik ,strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Ümumilli liderimiz Heydər Əliyev vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi :” Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.” Bu gün də Gürcüstan və Azərbaycan arasında iqtisadiyyat, nəqliyyat,enerji əlaqələri inkişaf etdirilmişdir. Bu əməkdaşlığın bariz nümunəsi kimi təkcə region üçün deyil, Avropa üçün xüsusi əhəmiyyət daşıyan tarixi layihələri, Bakı – Tbilisi -Ceyhan neft, Bakı -Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı -Tbilisi -Qars dəmiryolu və Orta Dəhlizi misal göstərmək olar.

Ölkələr arasındakı əlaqələrin yaranması və inkişaf edərək uzunmüddətli davam etməsi məhz hər iki ölkənin sülh tərəfdarı olmasının və qarşılıqlı münasibətlərin mehribanlıq şəraitində davam etməsinin təcəssümüdür.Gürcü və Azərbaycan xalqının ortaq cəhəti məhz sülh tərəfdarı olmasıdır. Hər iki dövlət rəsmilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişaf sürətinə təsir edən amillərdəndir. 24 oktyabr 2022-ci il tarixində  Prezidentimiz cənab  İlham Əliyev Gürcüstana rəsmi səfər etmişdir və çıxışında bu əlaqələrin əhəmiyyətindən danışaraq qeyd etmişdir:” Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır . Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. İki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün mühüm əhəmiyyətə malikdir və inanıram ki,bu əlaqələr daha da inkişaf etdəcək,daha mühüm layihələri reallaşdıracağıq.”

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın