Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix
Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix.
Humanitar sahə həmişə dövlətlərarası münasibətlərdə mühüm yer tutub. Azərbaycan həmişə dostluq münasibətlərinə xüsusi önəm verən bir dövlət olmuşdur. Çətin anlarımızda bizi dəstəkləyən, bizim yanımızda olan dövlətlərə həmişə minnətdar olmuş, onların da çətin anlarında biz onları dəstəkləmişik. İkinci Qarabağ müharibəsində bizi dəstəkləyən dövlətlər və bizim onlara münasibətimiz bunu sübut edən əsas faktokdur. Humanitar sahədə dəstəklənmək bizim düzgün yolda olmağımız, doğru qərarlar verməyimiz cəhətdən də dəstəklənməyimiz deməkdir.
Bilirik ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq. Bu yöndə artıq əsaslı addımlar atılmış, layihələr hazırlanmışdır. Bu bizim üçün olduqca əhəmiyyətli hadisədir. Şuşa kimi bir şəhərin məhz Azərbaycanda olması da xüsusi önəm kəsb edir. Bizi dəstəkləyən dövətlərdən olan Qırğızıstan bu təşəbbüsdə də yanımızdadır. Bu bizim Qırğızıstanla olan əlaqəmizin daha güclənməsini göstəricisidir.
Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz