22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti torpaqlarımızın işğaldan azad olunması idi

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti torpaqlarımızın işğaldan azad olunması idi

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti torpaqlarımızın işğaldan azad olunması idi

30 il erməni işğalı altında sızlayan müqəddəs torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və diplomatik müdrikliyi, qəhrəman hərbçilərimizin rəşadəti sayəsində 2 il əvvəl azadlığına qovuşdu, bütün sərhədlərimiz boyunca ay-ulduzlu bayrağımız dalğalandı, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər  xalq kimi tanındı.

Dövlətimizin başçısı ötən illər ərzində həm danışıqlar masasında, həm də ordu quruculuğunda parlaq nəticələrə nail oldu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində dövlətimizin büdcə xərclərinin əsası hərbi xərclərə, Ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə, ən müasir silah-sursat, texnika ilə təchiz edilməsinə yönəldildi.

Paralel olaraq dövlətimiz işğalçı Ermənistanın bütün regional layihələrdən kənarda qalmasına, ölkəmizin isə transmilli layihələrdə iştirak etməsinə nail oldu, regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etdi, nəticədə Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi. Dünya birliyi, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar ölkəmizin xeyrinə qətnamələr qəbul etdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığı, suverenliyimiz və ərazi bütövlüyümüz dəstəkləndi, beləliklə, münaqişənin həlli üçün beynəlxalq hüquqi əsaslar yaradıldı.

Ermənistan isə 29 il ərzində riyakarlıq edərək bədnam Minsk Qrupunu barmağına doladı, məsələnin dondurulmasına, danışıqların nəticəsiz qalmasına nail oldu. Aparıcı dövlətlərin işğalçıya və işğala məruz qalana eyni münasibəti də beynəlxalq qətnamələrin kağız üzərində qalması ilə nəticələndi. Ən acınacaqlısı o idi ki, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik etdi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı, bundan həvəslənən Ermənistan durmadan ölkəmizə qarşı təxribatlar törətdi.

Artıq müharibə qaçılmaz idi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də mühüm tarixi qərara imza atdı: Əks-hücum əməliyyatları ilə Ermənistanın təxribatlarının qarşısını almaq!

Səbri tükənməkdə olan xalqımız və qəhrəman Ordumuz bu əmri çoxdan gözləyirdi və 44 gün davam edən Vətən müharibəsinin gedişində düşmənin beli sındırıldı, torpaqlarımız azadlığına qovuşdu.

Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənin başına endirilən “Dəmir yumruğ”un, Xalq və Ordu birliyinin zəfəri, orduya xalq inamının təntənəsi idi.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın