23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır.

Çin qlobal iqtisadi oyunçuya çevrilməklə bütün dünyanın diqqətini özünə cəlb edə bilmişdir. Bu, əsasən, davamlı iqtisadi inkişaf nəticəsində mümkün olmuşdur. Çinin sürətli iqtisadi inkişafı 1979-cu ildən başlamışdır. Bu, başlıca olaraq ölkə iqtisadiyyatının xarici ticarətə və investisiyalara yaşıl işıq yandırmasından sonra reallaşmışdır. Buna qədər isə Çin özünü dünya iqtisadiyyatından təcrid edən və durğunluğa gətirib çıxaran iqtisadi siyasət aparırdı, həmçinin iqtisadiyyat həddən artıq mərkəzləşmişdi. Lakin 1979-cu ildən başlayaraq, xarici ticarət və investisiyalar sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı. Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində müasirləşdirilməsi, ölkənin dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Çin iqtisadiyyatı nəinki qloballaşma prosesinin ən mühüm iştirakçılarından birinə çevrilib, həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin çoxsaylı bazarlarını qazana bilib. Bu ölkə dünyanın aparıcı ticarət fövqəldövlətinə, dünya iqtisadiyyatında və dünya valyuta-maliyyə bazarı üçün böhranlı hadisələr dövründə sabitləşdirici amilə çevrilib.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın