22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır”

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır”

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.”

Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini Prezident iqamətgahında təqdimetmə mərasimində nitqindən (26 fevral 1999-cu il);

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və dünyada geniş əks-səda doğurmuşdur. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqınmın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımma siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdıkləri soyqırım ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanhların Soyqırımı Günü elan edilmişdir.

Zərdab Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın