23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır

Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır

Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır.

Prezident cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində bildirdiyi kimi, son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər. Ölkəmizin maliyyə müstəqilliyinin təmin olunması da böyük uğurdur. Hazırda Azərbaycan dünya miqyasında donor təşkilatlarından, beynəlxalq maliyyə qurumlarından asılı olmayan azsaylı ölkələr sırasında yer alır. Ayrı-ayrı ölkələr məcburiyyət qarşısında qalaraq borclanma siyasətinə əl atırlar. Azərbaycan isə əksinə, xarici borcun azsayldılması strategiyasını qəbul edib. “Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi”, – deyə Prezident cənab İlham Əliyev vurğulayıb.

Azərbaycan iqtisadiyyatında neft-qaz amili xüsusi yer tutur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Uğurlu enerji siyasəti sayəsində ölkəyə gələn vəsaitlərin bir hissəsi məqsədyönlü şəkildə neft və qazdan kənar sahələrin inkişafına yönəldilir. Bu da öz bəhrəsini verir. Artıq ölkə üzrə ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Uğurlu inkişaf Azərbaycanı özünün əsas hədəfinə çatmasına – iqtisadi müstəqilliyə nail olmasına imkan verib. İqtisadi müstəqillik isə öz növbəsində ölkənin siyasi müstəqilliyini şərtləndirir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın