23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi

 

Uzun illər ərzində Qarabağın dağlıq hissəsinə iddiaları səbəbi ilə bu əraziləri münaqişə ocağına çevirməyə çalışan mənfur qonşularımız bu arzularına 80-ci illərin sonundan etibarən çatmağa başladı.250 mindən çox azərbaycanlının yaşadığı Ermənistan SSR ərazisindən  qovulması atılan ilk addımlar idi.Yenicə yaranan Azərbaycan ordusu Müdafiə Nazirliyi yaradılmasına rəğmən nə texnika,təhcizat nədə nizam baxımından tam təşkil oluna bilmədiyinə görə müdafiəni təşkil etmək mümkün olmamışdı.Beləliklə Qarabağı işğal etməyə müvəffəq olan ermənilər otuz ilə yaxın müddətdə Azərbaycanın 20 faizdən çox ərazilərdə  etnik təmizləmə,qanunsuz deportasiya,minalanma, narkotik ticarəti başda olmaqla böyük özbaşnalıqlar həyata keçirmişdir.Azərbaycanlıların yaşayış məntəqələtini qarət edən,tarixi abidələrimizi yer üzündən silən,sərvətlərimizi çapıb-talayan ermənilər regionda qanunsuz məskunlaşma həyata keçirmişdir. 30 il müddətində vəhşicəsinə sərvətlərimizi talayan ermənilər torpaqların onlara məxsus olmadığını bu şəkildə bəyan etmiş olurdular.İşğalın qüvvədə qaldığın 30 ilə yaxın müddətdə xalqımız Qarabağın bütün gözəlliklərindən məhrum qalmışdır.1994-cül il may ayında imzalanan Atəşkəs razılaşması mövcud zaman kəsiyində tez-tez pozulmuş,aktiv müharibə olmasa belə yüzlərlə vətəndaşımız münaqişə qurbanına çevrilmişdir.Üstəlik həyatını itirənlərin əsaslı hissəsi dinc sakinlər idi.

Cənab Prezident başda olmaqla Azərbaycan dövləti torpaqlarımızın bir qarışını belə düşmənə verilməməsi ilə bağlı Azərbaycan xalqına vəd verirdi və bizim o torpaqlara tezliklə dönəcəyimizə və üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına əminliyini bildirirdi.Uzun illər keçməsinə rəğmən nə Azərbaycan xalqı,nədə dövləti bu məsələdə ümidini və inamını itirməmişdi

Keçən zaman müddətində Azərbaycanda ordu quruculuğu,hərbi sənayenin inkişafı istehkamların yaradılması  prosesi geniş vüsət aldı.Buna rəğmən Azərbaycan danışıqlar masasındada var idi.Münaqişəni dinc yolla həlli birinci hədəf idi.Lakin BMT TŞ-ın qəbul etdiyi qətnamələr,ATƏT-in Minsk qrupunun uğursuz həmlələri bu müddət ərzində həm xalqın eyni zamanda dövlətin bu danışıqlara ümidini qırmışdı.Azərbaycan torpaqlarında ikinci bir müharibə qaçınılmaz idi.Bölgəsinin lider ölkəsi,əsas enerji daşıyıcısı,etibarlı tərəfdaş olan Azərbaycanın bu mövqeyi onun gələcək qələbəsinin təməllərini atırdı.Buna baxmayaraq gücünü nəzərə almayan üstəlik bölgədə sülhün yaranmasında maraqlı olmayan qüvvələrdən dəstək alan Ermənistan siyasi dairələri populist fikirlər səsləndirir Azərbaycana qarşı  yeni ərazi iddiaları  ilə çıxış edirdilər.Aparılan danışıqlar prosesini pozmaq və başqa dövlətin torpaqlarının işğalını əbədiləşdirmək üçün davamlı cəhdlər edirdi.

Beynəlxalq təşkilatlatın qətiyyətsizliyi sayəsində öncə 2016 -cı ildə təxribat həyata keçirilmişdi,2019 cu ildə Ermənistanın müdafiə nazirinin ABŞ-da irəli sürdüyü ərazi iddialarının ardınca 2020 -ci il iyul ayında  Tovuz istiqamətindən sərhədlərimizin bütövlüyünə növbəti qəsd həyata keçirilmiş,lakin ordumuzun qətiyyəti onları geri oturtmuşdur

2020-il sentyabırın 27-də Ermənistan ordusu gecə saatlarında təxribatçı hücum həyata keçirmiş  dinc sakinləri,yaşayış məntəqələrini iri çaplı silahlar və texnikadan atəşə məruz qoymuş və dərhal Azərbaycanın qətiyyətli əks hücumu ilə qarşılaşmışdır.Azərbaycan BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan tam istifadə etmişdir.Noyabır ayının 10 -a qədər 44 gün ərzində aparılan qətiyyətli mübarizə düşmənə ömürlük göz dağı olmuşdur.Ermənistanın 6 il ərzində işğalını həyata keçirdiyi 300-ə qədər Azərbaycan yaşayış məntəqələri cəmi 44 gün ərzində demək olarki işğalçılardan təmizləndi.Bu xalq arasında ordu,dövlət,xalq birliyinə olan inamı dahada gücləndirdi.Ermənistanın keçilməz hesab edilən illərlə inşa etdiyi istehkamlar 44 gün ərzində məhz bu birlik sayəsində məhv edildi,düşmənin döyüş texnikaları və canlı qüvvəsinə misilsiz itkilər yaşadıldı.

Ermənistan tərəfi həmlələrinə rəğmən uğursuzluğunu anlayıb noyabırın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.9 maddədən ibarət bəyanat qələbəmizi taclandırdı.Bəyanatda müəyyən edilmiş üç  şəhərimiz döyüş əməliyyatları aparılmadan geri qaytarıldı.Düşmən tərəfdə böyük çaşqınlıq yaradan bəyanat Azərbaycan xalqını sevincə qərq etdi.Ermənistanda onilliklər ərzində formalaşan məğlubedilməzlik mifi bu sənədlə tarixə gömüldü.Aparılan müharibə həmdə verdiyimiz şəhidlərin qisasının alınması baxımıdan xüsusi əhəmiyyətə malik idi. BMT-nin bu illər ərzində qəbul etdiyi lakin həyata keçirilməsi üçün səy göstərmədiyi qətnamələr kağız üzərindən reallığa köçürüldü.30 il davam edən status-kvo artıq yoxdur.Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin inşa planları vardır.Qarabağ artığ quruculuq işlərinin vüsət aldığı abad regiona çevilməkdədir.44 günlük Vətən Müharibəsi 200 illik tariximizdə bir ilk idi.Beləki Azərbaycan 200 ildən sonra ilk dəfə idiki torpaqlarını itirməmiş,geri qaytara bilmişdi.

Bu gün belə davam edən təxribatlara rəğmən Azərbaycan dövlətə Qarabağa Böyük Qayıdış üçün əməli tədbirlər və bərpa işləni başlatmışdır.Son illərdə ərazilərdə yaşayışın təmini üçün 6 milyard manatdan çox vəsait ayrılıb və 2026-cı ilə qədər 19 milyar vəsait bu bölgəyə yönləndiriləcək .Qarabağın bərpası üçün Qarabağ Dirçəliş Fonduda təsis edilmişdir.Artıq məcburi köçkünlərin ata yurlarına dönüş işləri başlayıb və yüzlərlə ailə yeni salınan yaşayış məntəqələrinə köçürülüb.Qarabağın tacı olan Şuşada geniş abadlıq-quruculuq işləri həyata keçirilir.Artıq Cıdır düzündə  və digər işğaldan azad olunmuş bölgələrdə bayramlar böyük ruh yüksəkliyi ilə keçirilir bu uzun illərdən sonra bu torpaqlarda itirdiyimiz vətəndaşlarımızın didərgin ruhunuda şad edir.Artıq həm I  Qarabağ müharibəsində itirdiyimiz 20 minə yaxın soydaşımızın,şəhidlərin, II Qarabağ müharibəsində itirdiyimiz 3 mindən çox qəhraman şəhid hərbçilərimizin ruhu şaddır.Artığ Qarabağ müharibə  deyil sülh,şənliklər,bayram ocağına çevriləcəkdir,çiçəklənəcəkdir bu günə qədər itirdiyi milyardlarla dollarlıq sərvətinə rəğmən artıq inkişaf edən bir bölgəyə çevdiləcək ,Azərbaycanın əsas mərkəzlərindən olacaqdır.

Otuz ildən sonra təmin olunan qələbə böyük tarixi reallıqdır hələ uzun illər araşdırılacaq uzun illər haqqında əsərlər yazılacaqdır.

 

Bəyaz Mirzəyeva

Saatlı rayon Kamallı kənd ümumi orta məktəbin tarix müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın