22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır

Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır

Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır

Bu gün Azərbaycanda radikal müxalifətin necə kifləndiyini, təmsilçilərinin necə “köhnəldiyini” elə öz içlərindən etiraf edirlər. İqtidardan bu barədə onlara çox deyilmişdir, amma siyasi mübarizədən gözləri doymur deyə qəbul etmək istəmirdilər. Artıq iş o yerə çatıb ki, müxalifətin qocaldığını da özləri dəfələrlə bir-birlərinə deyirlər. Hətta bununla bağlə elə özləri geniş məqalələrlə çıxış edir, sosial mediada debatlar edirlər. Radikla müxalifət buna görə də nə öz aralarında, nə də qarşı tərəflə siyasi dialoqa gələ bilmir. Onlar hələ də anlamaq istəmirlər ki, demokratiyaya gedən yol siyasi dialoqdan keçir. Azərbaycan dövləti də onlara bunu təşəbbüsü edib. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı diqqət çəkir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Radikal müxalifətdəki ötən əsrin aktivistləri hələ də siyasət meydanını yeni nəslə verməyib. 30 ildən artıq müddətdə Azərbaycan ictiami-siyasi mühtində bir sıra dəyişikliklər olub. Amma radikal müxalifətin nə siması, nə düşüncə və fəaliyyət istiqamətləri dəyişməyib. Bu baxımdan siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən “Siyasi partiyalar haqqında” yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Onlar siyasi səhnədə qalaraq yenə də öz “oyunlarını” oynayırlar. Azərbaycanın naminə dəyişib mövcud siyasi konfiqurasiyaya uyğun fəaliyyət göstərilməlidir. Yeni fikirlər, yeni ideyalar irəli sürülməli, cəsarətli addımlar atılmalıdır. Radikal müxalifət indiyə kimi bunu bacaran yeni qüvvələr yetişdirməli idi ki, indi üzə çıxsın.

Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir. Dövlətin irəli sürdüyü siyasi dialoq təklifinə radikal müxalifətin könə “metodlarla” cavab verməsi bir daha onların dəyişmədiyini göstərir. Məlum olur ki, radikal müxalifətin ortaya qoymağa yeni ideyaları yoxdur. Buna görədir ki, dövlətimizin inkişafını istməyən radikal müxalifət iqtidarın siyasi təkliflərinə, təşəbbüslərinə normal reaksiya vermir. Artıq ötən iki ildə siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunub. Yeni dövrün öz çağırışları var. Hökumət bununla ayaqlaşıdığı kimi, müxalifət də ayaqlaşmalıdır. Dövlət tərəfindən açıq və demokratik rəqabətə çağırış edilib. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Amma bu rəqabətə dözümlü olmayan radikal müxalifət ünsürləri aydındır ki, hələ də yeni dövrlə ayaqlaşa bilmir, dövlətin təşəbbüslərinə qərəzli yanaşırlar. Onların atdığı addımlardan, gündəmindən bütün bunlar aydın görünür. Bu gün Azərbaycan hökumətinin prioritetlərindən biri də ölkədə və xaricdəki milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsidir. Hazırda dövlət başçısı səviyyəsində bu məsələ diqqət mərkəzində saxlanılır.

Azərbaycanda radikal müxalifət ünsürləri xaricdə ermənipərəst dairələrdən aldıqları tapşırıq əsasında ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar. Beləki, son günlər radikal müxalifətin anti-Azərbaycan təbliğatında ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi müxtəlif manipulyasiyalara məruz qalır. Xaricdəki havadarlarının tapşırıqları əsasında radikal müxalifət ünsürləri ölkəmizə qarşı çirkin kampaniyaya başlayaraq, az qala erməni təxribatlarının günahını Azərbaycanın üzərinə atmağa çalışırlar. Əslində üzdəniraq müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq taktikası yeni deyil. Radikallar hər zaman erməni dəyirmanına su töküb, ermənipərəst dairələrdən, erməni lobbisindən pul alaraq Ermənistanın təbliğatçısı rolunda çıxış ediblər. Ancaq dəhşətlisi odur ki, radikal müxalifət nə qədər vicdan, mənəviyyat hissini itirib ki, dövlətimizin, xalqımızın gələcəyi, təhlükəsizliyi onları düşündürmür. Azərbaycan Ordusunun dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdidlərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verdiyiindiki həssas məqamda radikal müxalifətin apardığı çirkin kampaniya xalqa və dövlətə xəyanətdir. Ona görə ki, hazırda söhbət dövlətimizin, xalqımızın təhlükəsizliyindən gedir. Xalqımız artıq bu ünsürlərin iç üzünü yaxşı bilir, onların ermənipərəst dairələrin, erməni lobbisinin əlində alətə çevrildiyindən də xəbərdardır. Bu səbəbdən əminliklə vurğulamaq olar ki, onların bu çirkin kampaniyası da əvvəlkilər kimi tam şəkildə iflasa uğrayacaq.

 

Orxan Məmmədov  Saatlı rayon gənci   

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın