Prezidentin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır
Azərbaycan Prezidentinin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır
Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcək. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”. Tacikistan Prezidenti Emoməli Rəhmon isə deyib. Azərbaycan Prezidentinin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib. Danışıqların gedişində biz ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, bizim üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi apardıq. Bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlibdir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır
Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi fundamental prinsiplərə əsaslanır. Daim milli maraqlardan çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq hüquqa, tərəfdaşlıq münasibətlərindən irəli gələn öhdəliklərə böyük hörmətlə yanaşır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu kontekstdə Azərbaycanın Tacikistanla münasibətlərinin dərinləşməsi və yeni istiqamətləri əhatə etməsi də diqqətəlayiq haldır.
Daim bir-birinə xoş məram nümayiş etdirən Azərbaycanla Tacikistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan Prezidenti və qardaş ölkənin Prezidenti istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Prezident İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Emoməli Rəhmonla aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı.
Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Digər tərəfdən Tacikistan Əfqanıstanla sərhəddə yerləşir. Bu baxımdan da Tacikistan Mərkəzi Asiya istiqamətində terrorçuluğun, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların və mütəşəkkil cinayətkar qruplaşmaların Cənubi Qafqaz, MDB coğrafiyasına yönəlməsinin qarşısını alan ölkələrdən biridir. Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri və əldə edilən razılaşmalar isə inkişaf etməkdə olan münasibətləri daha da zənginləşdirəcək.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir
Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri, həmçinin prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə, ekstremizmə narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə edilmişdir.
Tacikistan dövlət başçısının Bakı səfəri və səfər zamanı səsləndirilən fikirlər göstərdi ki, Tacikistan Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə maraqlıdır. Buna görə də Tacikistanın gələcəkdə Bakı–Tiflis–Qars dəmir yolu xəttinə qoşulması mümkündür. Tərəflər arasında müzakirə olunan məsələlərdən biri də məhz bu idi.
Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatla çıxış edərək bildirdi ki, Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir: “Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir”. Öz növbəsində Tacikistan Prezidenti Emoməli Rəhmon da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etdi.
Beləliklə, Tacikistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlarda hər iki tərəfdən bundan sonra əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsinə güclü siyasi iradə nümayiş etdirildi, mzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verdi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Prezident İlham Əliyevin Tacikistana səfəri məhsuldarlığı ilə seçildi
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda maraqlı görünür. Ermənistanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan və Mərkəzi Asiya dövlətləri içərisində İran İslam Respublikası ilə daha sıx münasibətlərə malik olan Tacikistan xarici siyasət vektorumuzda özünəməxsus yer tutur. Prezident İlham Əliyevin Tacikistana səfəri məhsuldarlığı ilə seçildi. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə keçirilən görüşlərdə səsləndirilən fikirlər, verilən bəyanatlar, imzalanan dövlətlərarası sazişlər onu deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulur. Səfər zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin ehtiramla yad edilməsi onu fars, İran şairi adlandıran bəzilərinin görmək və eşitmək istəmədikləri hallardan idi.
Nəzərə alınmalıdır ki, bu gün xarici siyasətində ifrat antitürk ideologiyasını əsas götürən İran İslam Respublikası Tacikistan müstəqillik qazanar-qazanmaz daxili işlərinə müdaxilə etməyə cəhd etmiş, Düşənbədən Daşkəndə, Bakıya, Bişkekə qarşı istifadə etməyə çalışıb. Lakin Tacikistan lideri E.Rəhmonun siyasi ayıqlığı, onun milli ideoloji siyasətdə incəliklərə rasional şəkildə yanaşması ona gətirib çıxartdı ki, qonşu Əfqanıstandan fərqli olaraq Tacikistanda sabitlik və davamlı inkişaf bərqərar oldu. Bu səfər bir daha onu göstərdi ki, beynəlxalq arenada, o cümlədən erməni məsələsində Düşənbə Azərbaycanın maraqlarını nəzərə alacaq dövlətlər siyahısında yer tutacaq”.
Politoloq əlavə edib ki, KTMT-də heç bir nüfuzu olmayan Ermənistan beləcə təklənməyə davam edəcək. Burada, xüsusilə nəzərə alınmalıdır ki, hazırda təşkilata üzv ölkələrin hərbçilərinin Qərbi Zəngəzur bölgəsində yerləşdirilməsi ilə bağlı tərəflər arasında müzakirələr getməkdədir.
Beləliklə, Azərbaycan lideri Mərkəzi Asiyanın fars və türk sivilizasiyalarını özündə birləşdirən Tacikistanda məhsuldar görüşlər keçirərək Düşənbəni böyük Turan coğrafiyası ilə bağlayaraq bu xətdə də məqsədlərinə çatmış oldu.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Dostluq münasibətləri Azərbaycan-Tacikistan əlaqələrinin gələcək inkişafına böyük töhfə verəcək
Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Bu regionda yerləşən dövlətlər Azərbaycanla münasibətləri yüksək səviyyəyə çatdırmağa böyük maraq göstərir. Mərkəzi Asiya regionunda yerləşən dörd türkdilli dövlətlə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli sıx iqtisadi-siyasi əlaqələr qurulub. Bu dövlətlərlə ticarət dövriyyəsi hər il artmaqdadır.
Tacikistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin əsasının ötən əsrin 90-cı illərinin əvvəlində qoyulduğunu bildirən deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon bu əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər.
Prezident İlham Əliyevin Tacikistana səfərləri iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırıb. Bu il aprel ayının 5-də Prezident İlham Əliyev Tacikistana növbəti dəfə rəsmi səfər etdi. Səfər zamanı iki dövlət arasında həyatın bir çox sahələrini əhatə edən sənədlər imzalandı. Bu gün Tacikistan yeni inkişaf mərhələsinə qədəm qoyan dövlətlərdəndir. Bu ölkədə siyasi sabitlik hökm sürür. Sabitlik olmayan dövlətlər heç vaxt iqtisadi inkişafa və ölkənin müstəqil siyasət yürütməsinə nail ola bilməz. Azərbaycanın böyük dövlət və özəl şirkətləri Tacikistana investisiya qoymağa hazırdır. Bu gün Tacikistanla Azərbaycan arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir.
Onun sözlərinə görə, hər iki dövlət arasında imzalanmış sənədlər ticarət dövriyyəsinin həcminin dəfələrlə artmasına imkan verir. Tacikistan Çindən Avropaya gedən İpək yolu üzərində yerləşən bir ölkədir. Bu gün bir çox dövlətlərin İpək yolunun açılmasına maraq göstərməsi Tacikistanın da inkişafına böyük təsir göstərəcək. Eyni zamanda, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub marşrut qovşağında yerləşir. Azərbaycanın ölkə daxilində yaratmış olduğu nəqliyyat və logistika infrastrukturu imkan verir ki, Avropa ilə Asiyanı birləşdirən, Azərbaycan və Tacikistandan da keçməklə yeni bir marşrut dəhlizi yaransın. Azərbaycan və Tacikistan Prezidentlərinin də dostluq münasibətləri hər iki dövlətin gələcək inkişafına böyük töhfə verəcək.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Azərbaycan-Tacikistan əməkdaşlığının daha da möhkəmlənməsi üçün çox yaxşı perspektivlər var
Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni prioritetlər üzrə inkişafı əsas yer tutur ki, hazırda bu istiqamətdə qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılır, əməkdaşlığın inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə sənədlər imzalanır. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində xüsusi yer tutan Azərbaycan-Tacikistan əməkdaşlığı hazırda dövlətimizin başçısı İlham Əliyevin aprelin 5-də bu ölkəyə reallaşdırdığı səfər fonunda geniş müzakirə olunmaqdadır. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf etdi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlətimizin başçısı İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşlərində əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər möhkəm təmələ əsaslanan əlaqələrin daha da inkişafında öz sözünü deyəcək. Prezident İlham Əliyevin bu səfəri Tacikistana beşinci səfəri idi.
Dövlət başçılarının mətbuata bəyanatlarında Azərbaycan-Tacikistan münasibətlərinin dünəninə, bu gününə diqqət yetirilərək gələcək inkişaf üçün geniş imkanların mövcud olduğu xüsusi qeyd edildi. Tacikistan Prezidenti Emoməli Rəhmon bu münasibətlərin möhkəm təməlinin qoyulmasında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edərək bildirdi ki, sıx, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Aparılan müzakirələrin, danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağa əsas verir. Dövlət başçılarının mətbuata birgə bəyanatlarında Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini xüsusi vurğulayaraq onu da əlavə etdi ki, bu gün iki ölkə arasında əlaqələrin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoydular. Bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. İki ölkənin əməkdaşlıq əlaqələrinin, eyni zamanda, hər birinin ayrı-ayrılıqda keçdiyi inkişaf yolunun təhlili əsasında Prezident İlham Əliyev belə bir reallığı bir daha diqqətə çatdırdı ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ölkəmizə dost, qardaş ölkələr əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialını xüsusi qeyd edirlər
Tacikistanla Azərbaycan arasında bu günədək ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Tarixi köklərə əsaslanan bu əlaqələr ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. İqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nın olması bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələni də xüsusi qeyd etdi ki, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Tacikistan həm Azərbaycana yaxın, həm də sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.
Hazırkı dövrün aktual məsələləri sırasında sülhün, təhlükəsizliyin təmin edilməsinin dayandığını önə çəkərək, səfər çərçivəsində aparılan müzakirələrdə bu məsələyə xüsusi diqqət yönəldildiyini bildirib. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını qeyd etdilər. Ümumilikdə hər bir səfər gələcəklə bağlı əsas hədəfləri özündə ehtiva edir. Münasibətlərin dünəninə baxış əsasında qarşıdakı dövrdə atılacaq addımların yol xəritəsi tərtib olunur. Səfər çərçivəsində hər iki ölkənin müxtəlif strukturları arasında imzalanan sənədlər münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafına yönəlib. Əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayan Azərbaycan və tacik xalqlarının mədəniyyətinə xüsusi nəzər salınaraq bildirildi ki, mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” bunun təsdiqidir. Bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bütün dünyada diqqətlə izlənilir. Ölkəmizə dost, qardaş ölkələr əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialını xüsusi qeyd edirlər. Şuşa-İsfara qardaşlaşmasının Azərbaycan-Tacikistan münasibətlərinin gələcək inkişafında öz payı olacaq. Ümumilikdə Azərbaycan-Tacikistan əməkdaşlığının bütün sahələrdə daha da inkişafı üçün çox yaxşı perspektivlər var.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan Prezidentinin Tacikistan səfəri ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcək
Digər ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətlə yanaşan Azərbaycan xarici siyasətində qonşuları, dünya dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrini dərinləşdirməyi əsas tutur. Siyasətində hər zaman milli maraqlardan çıxış edən ölkəmiz Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərinə xüsusi önəm verir. Çünki son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq və ümumi səylər göstərməyi tələb edir.
Mərkəzi Asiya Türkdilli xalqların ana yurdu sayılır. Prezident İlham Əliyevin bu günlərdə dövlət səfərində olduğu Tacikistan bu xalqlar arasında əhalinin sayında ən yüksək təbii artım olan ölkələrdəndir. Ölkələrimiz arasında münasibətlərinin tarixi qədimdir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Tacikistan arasında münasibətlərin çox yaxşı gələcəyi var. Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq məkanlarda sıx əməkdaşlıq edirlər. Ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində əlaqələrin dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Prezident İlham Əliyevin Tacikistana səfəri və imzalanmış sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur.
Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdıraraq səfərin nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.
“Taciklərin də farsdilli xalqlar qrupuna daxil olduğuna görə İran həmişə Tacikistanı özünə yaxın və nüfuzunun güclü olduğu bir ölkə hesab edib. Amma faktlar onu göstərir ki, Azərbaycanın İranın özünə yaxın bildiyi Tacikistanla yaxın dostluq və strateji tərəfdaşlıq münasibətləri var. Prezident İlham Əliyevin Tacikistana səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan verdi.
Səfər çərçivəsində Azərbaycanla Tacikistan arasında mədəniyyət, iqtisadiyyat, kənd təəssüratı, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq haqqında Sazişlərin imzalanması perspektivlərdən xəbər verir.
Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə, Ulu Öndər Heydər Əliyevə xoş münasibətini qeyd edən deputat bildirib ki, Tacikistan rəhbəri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ən çətin dövrdə ölkəsini fəlakətdən xilas etdiyini, Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardığını vurğuladı. Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd olunacağını diqqətə çatdırdı.
Emoməli Rəhmon Prezident İlham Əliyevin Tacikistana səfərini ölkələrimiz arasında əlaqələrin, xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı olduğunu vurğuladı. Tacikistan Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin qurulmasında dahi mütəfəkkir Nizami Gəncəvinin rolunu da qeyd etdi.
“Səfər çərçivəsində parlamentlərarası əməkdaşlıq, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri müzakirə olunmuş, regional və beynəlxalq terrorizmə, ekstremizmə narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.
Bir sözlə, Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhfə verəcək”, – deyə Məşhur Məmmədov vurğulayıb.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycanla Tacikistan arasında dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsası qoyulur
Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi fundamental prinsiplərə əsaslanır. Daim milli maraqlardan çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq hüquqa, tərəfdaşlıq münasibətlərindən irəli gələn öhdəliklərə böyük hörmətlə yanaşır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu kontekstdə Azərbaycanın Tacikistanla münasibətlərinin dərinləşməsi və yeni istiqamətləri əhatə etməsi də diqqətəlayiq haldır.
Daim bir-birinə xoş məram nümayiş etdirən Azərbaycanla Tacikistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan Prezidenti və qardaş ölkənin Prezidenti istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Prezident İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Emoməli Rəhmonla aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı.
“Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Tacikistan Əfqanıstanla sərhəddə yerləşir. Bu baxımdan da Tacikistan Mərkəzi Asiya istiqamətində terrorçuluğun, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların və mütəşəkkil cinayətkar qruplaşmaların Cənubi Qafqaz, MDB coğrafiyasına yönəlməsinin qarşısını alan ölkələrdən biridir. Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri və əldə edilən razılaşmalar isə inkişaf etməkdə olan münasibətləri daha da zənginləşdirəcək.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Tacikistan Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə maraqlıdır
Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri, həmçinin prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə edilib”, – deyə A.Məmmədov qeyd edib.
Tacikistan dövlət başçısının Bakı səfəri və səfər zamanı səsləndirilən fikirlər göstərdi ki, Tacikistan Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə maraqlıdır. Buna görə də Tacikistanın gələcəkdə Bakı–Tiblisi–Qars dəmir yolu xəttinə qoşulması mümkündür. Tərəflər arasında müzakirə olunan məsələlərdən biri də məhz bu idi. Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatla çıxış edərək bildirdi ki, Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir: “Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir”. Öz növbəsində Tacikistan Prezidenti Emoməli Rəhmon da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etdi.
Tacikistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlarda bundan sonra da əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsinə güclü siyasi iradə nümayiş etdirildi, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkənin münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verdi.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc