22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur

“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.”

Prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə nitqindən (4 mart 1994-cü il);  həmin dövürdə kənd təsərrüfatında kök salmış geriliyə son qoymaq, istehsalın inkişaf yollarını axtarıb tapmaq tələb olunurdu. Problemlərin həlinin yeganə çıxış yolunu bütövlükdə Azərbaycanın iqtisadiyyatını, sağlamlaşdırmaqda, kənd təsərrüfatını inkişaf etdirməkdə görən müdrik rəhbər aqrar sahənin vəziyyətini dərindən təhlil edib konkret vəzifələr müəyyənləşdirilmişdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi yollarına nəzər salarkən aşağıda qeyd edilənləri bir daha yada salmamaq mümkün deyildir.  Respublikanın iqtisadiyyatı və onun əsas sahələrindən biri olan kənd təsərrüfatı uzun sürən böhran və tənəzzül vəziyyətində idi. Kənd təsərrüfatının ümumi məhsulunun orta illik artım sürəti digər respublikalardan geri qalırdı.1969-cu ildə 574 min ton taxıl, 299 min ton pambıq, 372 min ton tərəvəz, 272 min ton üzüm, 52 min ton meyvə, 113 min ton kartof, 24,5 min ton tütün istehsal edilmişdi. Əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı getdikcə aşağı düşürdü. Bu ildə hektardan orta hesabla 9,5 sentner dənli bitkilər, 15,1 sentner pambıq, 120 sentner tərəvəz, 43,6 3 sentner üzüm, 10,4 sentner meyvə, 18 sentner tütün, 79 sentner kartof istehsal olunmuşdu. İctimai heyvandarlıqda vəziyyət daha acınacaqlı idi. Kolxoz və sovxozlarda mal-qaranın baş sayı ildən-ilə azalır, məhsuldarlığı aşağı düşür, maya dəyəri artırdı. Respublikada 1969-cu ildə hər yüz inək və camışdan cəmi 49 buzov və balaq, hər yüz doğar qoyun və keçidən 43 quzu və çəpiş alınmışdı, hər inək və camışdan orta hesabla 677 kq süd sağılmış, hər qoyundan 1,6 kq yun qırxılmışdı. İttifaq üzrə isə bu rəqəm müvafiq olaraq 2253 kq və 2,8 kq idi. Respublika iqtisadiyyatına rəhbərlik sahəsində buraxılan səhvlərin və qüsurların kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmlətmək, tapşırılan iş üçün kadrların tələbkarlığını və məsuliyyətini artırmaq sahəsində qəti və ciddi tədbirlər görülmüşdür. Respublikanın kənd təsərrüfatını böhran vəziyyətdən çıxarmaq üçün mövcud olan böyük istehsal və iqtisadi potensialdan səmərəli istifadə edilməli, kənd təsərrüfatının spesifik xüsusiyətlərini nəzərə almaqla iqtisadi mexanizm təkmilləşdirilməli idi. Bunun üçün aqrar islahatların bazar münasibətlərinə keçilməsi əsas istiqamət götürülməklə, köklü islahatların həyata keçirilməsi, müxtəlif təsərrüfat formalarının təşkili və mülkiyyət münasibətlərinin təkmillşdirilməsi, çevik qiymət, vergi və kredit siyasəti yeridilməsi , əkinçilik və heyvandarlığın dünya təçrübəsinin nailiyyətləri və elmi əsaslarla inkişaf etdirilməsi, idarəetmədə iqtisadi amillərə üstünlük verilmişdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın