22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət

Reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət

Reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvət.

Tədbirlərin müvafiq vaxt sürəsinə bağlanması və nəticələrinin ölçülməsini və qiymətləndirilməsini təmin edən göstəricilər, indikatorlarla müşahidə edilən proqramlar üzərində Azərbaycan hökuməti yəqin ki, işləməkdədir. Çox arzulardım ki, bu proqramlar ictimaiyyətə açıqlansın, o bölgələrə dönəcək 700 minə yaxın insan bilsin ki, hansı ardıcıllıqla hansı təxmini tarixlərdə böyük qayıdış baş verəcək. Bu 700 min insanın böyük əksəriyyəti doğma yurdlarına dönməyi səbirsizliklə gözləməkdədir. Və məlumatıma əsasən, bunların heç də az olmayan hissəsi öz ocaqlarının, evlərinin, bağ-bağçalarının bərpasına başlamaq istəyir. Lakin minalardan təmizlənmə və öncə altyapının (yəni infrastrukturun: kommunal xidmətlər, yollar, rabitə və s) hazırlanması vacibliyi adı ilə, onları qoymurlar. Təbii ki, öncə minalanmış rayonlar təmizlənməlidir. Lakin minasız ərazilər də var, məsələn Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın. Buralara da camaatın qayıtması gecikməkdədir. Halbuki, bu rayonların tezliklə həyata dönməsi, insanlarla dolması və canlanması sərhədlərin daha yaxşı qorunması deməkdir. Məsələn, deyək ki, Qubadlı rayonunun hansısa kəndinin sakini gedib doğma həyətinə, dağıdılmış evinə baş çəkmək istəyir. Bərpa işlərini götür-qoy etmək istəyir, gözlənilən xərcləri, alınacaq tikinti materiallarını təxmin etmək istəyir, yəni bu insan doğma yurduna dönüşünü özü planlaşdırmaq istəyir. Niyə imkan verilməsin? Anlamaq çətindir. Kəndbəkənd insanların 2-3 günlük doğma yurdlarına baş çəkmək imkanı təşkil edilərsə, çox sevinərlər, ocaqlarına dönüşü, evlərinin bərpası işlərini planlaşdırmağa başlayarlar. 1988-1992-ci illərdə Ermənistandan Azərbaycana qaçqın düşmüş 350 min insan var. Hətta mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti də elan olunub. Həmin insanlar Ermənistan ərazisində yaşamış və oradan qovulmuş soydaşlarımızdır. Onlar da öz torpaqlarına qayıtmaq istəyir.

 

Leyla Soltanova

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  kitabxanaçısı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın