Bərpa-quruculuq işləri davamlı olaraq aparılır
Bərpa-quruculuq işləri davamlı olaraq aparılır.
İşğal dövründə dağıdılıb viran qoyulan torpaqlarımız sürətlə bərpa edilir. Güclü iqtisadiyyata malik Azərbaycan postmüharibə dövründə qarşıya qoyduğu bütün məqsədləri, xüsusilə də Böyük qayıdış proqramını uğurla reallaşdırmaq iqtidarındadır.
Keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın və Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər sürətlə davam etdirilir.Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Suverenliyimizin bərpası, həmçinin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə yadda qalıb. Böyük zəfərimizdən qısa zaman keçməsinə baxmayaraq, düşmən tapdağından azad edilən torpaqlarımızda sürətlə bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər yenidən tikilir. Bərpa işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturların yaradılması, Qarabağa və Şərqi Zəngəzura sərmayələrin cəlb edilməsi və digər mühüm tədbirlər bu torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün böyük əhəmiyyət kəsb edir. Yol infrastrukturunun yaradılması, yeni avtomobil və dəmir yollarının çəkilməsi, hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının təsdiqlənməsi və digər addımlar həyata keçirilən işlərin sistemli xarakter daşıdığını göstərir. Ermənistan üzərindəki qələbədən cəmi 6 gün sonra dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərə getdi və erməni faşistlərinin qəddarlığı ilə yerində tanış oldular. İlk səfər ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına oldu. Onlar səfər zamanı Füzuli – Şuşa avtomobil yolunun təməlini qoydular. Bununla da azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi. İşğaldan azad edilmiş ərazilərdə başlanan yenidənqurma işləri Qarabağı cənnətə çevirəcək. Möhtərəm Prezidentimiz də çıxışlarının birində bu məqamı diqqətə çatdırıb: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa-quruculuq işləri davamlı olaraq aparılır.
Zərdab rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov
Ordu quruculuğu.
Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu ümummilli liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənmişdir.Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir. “Dünyanın ən qüdrətli ordusu da böyük ideyaların qarşısında duruş gətirə bilməz” – kəlamı Azərbaycanda da öz təsdiqini tapdı. Ulu Öndərin azərbaycançılıq məfkurəsi əsasında böyük ideyaları dövlətçiliyin başlıca qayəsi kimi davam etdirən, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılmışdır.Ən müasir silahlarla, döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylərdə tədris proqramları yenilənib, zənginləşib ki, bu da zabit kadrları hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı, əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır. Bu gün Azərbaycan xalqı İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Fəxr edirik ki, Azərbaycanın məğlub edilməz, düşməni susdurub yerində oturdan ordusu var.
Zərdab rayon üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Bahar Qurbanova