Ağdaş rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Ağdaş rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Martın 7-də Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov bütün qadınları bayram münasibətilə təbrik edib.
O, çıxışında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda təkrar siyasi hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etdiyini qeyd edib, qadınların ənənəvi sahələrlə yanaşı dövlət qulluğu işlərinə də daha fəal şəkildə cəlb olunduğunu vurğulayıb. Sonra tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr və gül-çiçək təqdim olunub. Çıxışçılardan Regional İdarənin baş məsləhətçiləri Urfan Əhmədov və Alı Babayev, Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev, Ağdaş şəhər uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərov, Göyçay rayon MKS-nin direktoru Nərmin Xəlilova, Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ağdaş rayon THT tipli Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva və digərləri öz çıxışlarında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınlarının dünyada fəal rolunu təcəssüm etdirən ən yaxşı nümunədir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin qadın siyasəti sahəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamət olaraq uğurla davam etdirilir. Bildirilib ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan ana və bacılarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.
Tədbirdə Regional İdarə tərəfindən Mingəçevir şəhərindən dəvət olunmuş müğənnilər tərəfindən ifa edilən mahnılar alqışlarla qarşılanıb.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın