22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Azərbaycan sülh tərəfdarıdır və Türkiyə ilə eyni mövqedən çıxış edir – Ülviyyə Həmzəyeva

“Azərbaycan sülh tərəfdarıdır və Türkiyə ilə eyni mövqedən çıxış edir – Ülviyyə Həmzəyeva

“Biz müharibənin ağır nəticələrini, itkilərini Birinci və İkinci Qarabağ müharibəsi dövründə görmüşük. Biz haqsızlığı, ədalətsizliyi bir xalq olaraq yaxından hiss etmişik”.

Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

 

Onun sözlərinə görə, Rusiya- Ukrayna münaqişəsi bizi və bir çox dövlətləri narahat edir: “Azərbaycan sülh tərəfdarıdır və Türkiyə ilə eyni mövqedən çıxış edir. Türkiyədə təşkil olunan görüşlər sülhə çağırır.

Ukraynanın suverenliyi müdafiə edilməlidir və onun sərhədləri 1991-ci ildən, Sovet İttifaqı dağıldıqdan sonra necə idisə, elə də qalmalıdır”.Deputat sözlərinə belə davam edib: “Ukrayna xalqı bu gün qəhrəmanlıq göstərərək öz ərazisini qoruyur. Azərbaycan və qardaş ölkə Türkiyə çalışır ki, müharibə dayandırılsın, danışıqlar keçirilsin və bu danışıqların nəticəsi olsun. Təbii ki, beynəlxalq qanunlar var və həmin qanunlara söykənənərək bütün məsələlər həll edilməlidir.Döyüşlərdə günahsız əli yalın insanlar, uşaqlar öldürülür. Bununla yanaşı, iqtisadi gərginliklər dünya maliyyə bazarına mənfi təsir göstərir və bunun qarşısını almaq üçün intensiv müzakirələr aparılmalı, vasitəçilərin iştirakı ilə danışıqlar qurulmalı, çıxış yolları tapılmalıdır. Sivil toplumda müharibə olmamalıdır! Müsbət nəticələrə ümid edirik”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın