21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rusiya Ukraynanın daha 85 hərbi obyektini vurdu

  • DÜNYA
  • 09 Aprel 2022
  • 1.752 BAXIŞ SAYI
Rusiya Ukraynanın daha 85 hərbi obyektini vurdu

Rusiya Federasiyasının operativ-taktiki aviasiyası ötən gecə ərzində Ukrayna qoşunlarının 85 obyektini vurub.

Qafqazaz.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 85 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, dörd özüyeriyən artilleriya qurğusu, döyüş sursatı məntəqəsi olan səhra sursat anbarı, iki logistika anbarı, həmçinin dörd dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var”, – Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov xüsusi hərbi əməliyyat başlayandan Ukrayna tərəfinin itkilərini də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 127 təyyarə, 98 helikopter, 425 pilotsuz uçuş aparatı, 2031 tank və digər zirehli döyüş maşını, 228 reaktiv yaylım atəşi sistemi, 880 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1932 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın