Putinin yaxın kadrları necə yoxa çıxır? – Sensasiya
Ukraynada müharibə başlayandan bəri Rusiya Prezidenti Putinin bir sıra yaxın kadrı yoxa çıxıb – bəziləri olduqca müəmmalı şəraitdə yox olub. Onlar ya azadlıqlarını, ya da həyatlarını itiriblər.
Qafqazaz.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Putinin yaxınlarından biri, FTX-nin 5-ci xidmətinin rəhbəri Sergey Beseda hazırda Moskvanın Lefortovo həbsxanasındadır. O, bundan əvvəl aprelin əvvəlində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək ev dustağı edilmişdi:
“FTX-dəki “təmizləmə” Putinin məxfi xidmətdən kiminsə Rusiyanın Ukraynaya hücum planlarını Qərb kəşfiyyatına ötürə biləcəyindən şübhələndiyi üçün həyata keçirilib. Besedanın həbsi başqalarına Putindən açıq siqnal göndərir: əgər mənə xəyanət etsəniz, həbsxanaya düşəcəksiniz”.
Qeyd olunur ki, martın ortalarında Putin Moskvanın yüksək səviyyəli hərbi rəhbərlərindən biri, Rusiya Milli Qvardiyasının rəis müavini, general Roman Qavrilovu da həbs edib. Həbs rəsmi olaraq təsdiqlənməyib. Rusiya mətbuatı Qavrilovun işdən çıxarıldığını yazıb:
“Qavrilovun iddia edilən həbsindən cəmi bir gün əvvəl isə Putin öz hökumətinə müraciətində Ukraynadakı müharibəyə haqq qazandırır və satqınlara qarşı çıxış edirdi. Generalın həbsinin iki versiyası var: ya insanların ölümünə səbəb olan hərbi məlumatların “sızması”, ya da malların israf edilməsi”.
Eyni zamanda, müdafiə naziri Sergey Şoyqunun da uzun müddət yoxa çıxmasına diqqət çəkilir. Bir çox KİV onun səhhətində problemlər olduğunu yazıb. Lakin Şoyqunun qızının Putini atasını təcrid etməkdə ittihamı söz-söhbətləri daha da artırıb. İndi nazir yenidən peyda olub:
“Amma bir çoxlarının fikrincə, guya nazirlə çəkilmiş videolar saxtadır”.