21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi

  • MANŞET
  • 09 Aprel 2022
  • 1.873 BAXIŞ SAYI
Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi

Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi.

2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirilmiş, əsas səylər işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması vəzifələrinin həyata keçirilməsinə beynəlxalq dəstəyin göstərilməsinə yönəlmişdir. Ötən dövr ərzində dövlətimizin üzv olduğu bir sıra təşkilatlar, eləcə də tərəfdaş ölkələr Qarabağ savaşının nəticələrini təqdir edən bəyanatlar vermiş, Azərbaycanın səsi dünyada daha gur eşidilmişdir ki, bu da siyasi uğurlarımızın dayanıqlılıq göstəricisi sayılır. Azərbaycanın xarici siyasət kursu məhsuldar və sayalı olub. Tarixi səfərlər, görüşlər, təşəbbüslər, mötəbər nümayəndə heyətlərinin Bakıda qəbul edilməsi Azərbaycanın xarici siyasət kursunun inamla davam etdirildiyinin göstəriciləri olub. Postmünaqişə mərhələsində diplomatik fəaliyyət, ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları, iqtisadi və humanitar ünsiyyətlər, türk birliyinin möhkəmləndirilməsi naminə addımların atılması, media təmsilçilərinə verilən müsahibələr ölkəmizin beynəlxalq nüfuznunun siyasi mənzərəsini canlandırır. Prezidentimiz cənab İlham Əliyev dünya birliyinin çağırışlarına dəstək üçün birgə səylərin artırılması zərurətini daim öz çıxışlarında vurğulayıb. Azərbaycanın xarici siyasəti, eyni zamanda, ölkəmizdə akkreditə olunan diplomatik korpus nümayəndələri ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağa təşkil olunan səfərləri, Bakıda keçirilən tədbirlərdə fəal iştirakı Azərbaycan həqiqətlərinin dünyaya obyektiv şəkildə çatdırılmasını təmin edib. Əlbəttə, bütün bunlar bizim xarici siyasətimizin uğuru olmaqla yanaşı, Ermənistan üçün diplomatik cəbhədə ölümcül zərbələr rolunu oynayıb.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın