22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Ermənistan və Azərbaycana kömək etməyə hazırıq” – Dövlət Departamenti

“Ermənistan və Azərbaycana kömək etməyə hazırıq” – Dövlət Departamenti

Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.

Qafqazaz.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.

“Birləşmiş Ştatlar bu təşəbbüslərdə, Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, – Dövlət Departamentindən əlavə ediblər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın