Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Bu baxımdan aprelin 20-də Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezidentimiz cənab İlham Əliyevlə səmimi və faydalı siyasi dialoq mühitində keçən görüşü, ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması yeni siyasi reallıqlar şəriatində iki türk dövlətinin dərin və strateji münasibətlərini möhkəmləndirəcəkdir.Bu bir daha sübut edir ki, Azərbaycanla Qırğızıstanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.Görüş çərçivəsində İki ölkə arasında müxtəlif sahələri əhatə edən 10 sənəd imzalandı.Bu sənədlər arasında ikisini – Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusilə qeyd etmək lazımdır. Hər iki sənəd iki ölkə arasında münasibətlərin xarakterini və formasını qabaqcadan müəyyən edir. Qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsi olan Strateji tərəfdaşlıq, bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Sənədlərin imzalanma mərasimindən sonra Prezidentimiz cənab İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.Dövlətimizin başçısı bildirib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. “Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik”.Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın dövlət başçısı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə, beynəlxalq və regional mövzulara dair məzmunlu danışıqlar apardıqlarını bildirib. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən rəsmi Bişkek həmişə ölkəmizin haqq səsinə səs verib. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan öz dəstəyini göstərib. Qırğızıstan türk dövlətləri ilə birgə əməkdaşlıq formatında da fəal rol oynayır. Türkdilli Dövlət Başçılarının Zirvə görüşlərində Türk Birliyinin möhkəmlənməsinə xidmət edən səmərəli təşəbbüslər irəli sürüb. Əlbəttə, iki ölkə arasında mədəniyyət, humanitar əməkdaşlıq gündəlikdə duran əsas məsələlərdəndir və bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri mühüm yer tutur. Mehriban xanım Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova ilə görüşü də məhz iki ölkə arasında ictimai-humanitar, mədəni intibahda yeni yol açmaqla Onun müəllifi olduğu humanizm diplomatiyasının Türk regionunda daha da inkişafına səbəb olacaqdır.
Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva