22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI, BİRLİYİ XALQLARIMIZ ÜÇÜN ƏSAS YOL İSTİQAMƏTİDİR

  • MANŞET
  • 01 İyun 2022
  • 1.637 BAXIŞ SAYI
TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI, BİRLİYİ XALQLARIMIZ ÜÇÜN ƏSAS YOL İSTİQAMƏTİDİR

TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI, BİRLİYİ XALQLARIMIZ ÜÇÜN ƏSAS YOL İSTİQAMƏTİDİR

 

Paytaxtımızda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə sarsılmaz və əbədi olduğunun dünyaya daha bir əyani nümayişi, qeyri-dost çevrələrə özlərini yığışdırmaq üçün növbəti ismarış oldu. Çünki bu sıradan bir olay, tədbir deyildi. Festivalda iki qardaş məmləkətin hərbi-siyasi rəhbərliklərinin ən yüksək səviyyədə təmsilçiliyi bunun bariz təsdiqi sayıla bilər. Prezidentimiz cənab  İlham Əliyev və türkiyəli həmkarı Rəcib Tayyib Ərdoğanın tədbirə qatılması, iki liderin möhtəşəm çıxışları, Türk dünyasına, ümumən dünyaya ünvanlı mesajları, habelə qaliblərin təltif olunma mərasimində iştirakları festivala həm mühüm və bənzərsiz siyasi rəng qatdı, həm də silinməz möhürünü basdı. Beynəlxalq miqyasda, bizə yaxın bölgədə gedən mürəkkəb, təhlükəli proseslər fonunda bu, gerçəkdən də çox əhəmiyyətli, yerinə düşən, iki Türk dövlətinin yeni qlobal təhdid və çağırışlara qarşı ortaq birliyinin və sarsılmaz ittifaqının unikal örnəyi oldu.Bu mənada  cənab  İlham Əliyevin festivaldakı çıxışı tarixi hesab edilə bilər. Prezidentin iki qardaş ölkə arasında bütün sahələrdə – istər hərbi sahə olsun, istərsə də siyasi-diplomatik, iqtisadi-humanitar, yaxud mədəni-texnoloji sahələr – bütün sferalarda ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu xüsusi qabartması, “Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” tezisinə diqqət çəkməsi əlbəttə ki, boşuna deyildi və təkcə daxili auditoriyaya ünvanlanmamışdı.Cənab prezidentimiz  və Ərdoğanın məhz 28 Mayda – Azərbaycanın Müstəqillik Günündə, Bakıda bir araya gəlməsinin də özəl anlamı var idi. Azərbaycan liderinin vurğuladığı kimi, bu, “Bir millət – iki dövlət”in 104 il öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürü idi. “104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır” deyən İlham Əliyev bununla həm də müstəqilliyimizin qardaş Türkiyə ilə sarsılmaz ittifaqda əbədi olacağının mesajını verdi. “30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 ildə bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə bir yerdədir” söylədi.Bu, ən əvvəl qeyri-dost çevrələrə, hələ də əleyhimizə məkrli planlar quran bəzi paytaxtlara aydın mesaj və ciddi xəbərdarlıqdır təbii ki. Şuşa Bəyannaməsi də iki Prezident tərəfindən heç də boşuna yada salınmadı. Ona görə ki, iki dövlətin parlamentlərinin də təsdiqlədiyi, düşmənlərə göz dağı olan həmin sənədlə Azərbaycanla Türkiyə artıq rəsmən hərbi müttəfiqə çevrilib. Odur ki, Azərbaycan Prezidenti bu məqama da təsadüfən diqqət yönəltmədi: “Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.İki qardaş ölkənin sarsılmaz birliyi isə əlbəttə ki, ilk növbədə konkret simalara – uzaqgörön və müdrik liderlərə, Türk dünyasının böyük oğullarına, dəyərli insanlarına, o sırada alimlərinə borcludur. Onların əməl və fəaliyyətləri, yaratdıqları örnəklər, qazandıqları uğurlar şübhəsiz, gələcək nəsillər üçün mayak rolu oynayacaq.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi-Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın