22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik

Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik

Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik

Beynəlxalq nəqliyyat dəhlizləri həm Azərbaycan, həm də digər Xəzəryanı dövlətlər üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan son illər mühüm nəqliyyat və logistika mərkəzinə çevirilib. Həm Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həm Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçməsi istər respublikamıza, istərsə də Xəzəryanı dövlətlərə böyük imkanlar verir. Şimal-Cənub Nəqliyyat Dəhlizi 2000-ci ilin 12 sentyabrında Rusiya və Hindistan arasında imzalanmış saziş əsasında yaradılıb. Azərbaycan 2005-ci ildə bu sazişə qoşulub. Bu nəqliyyat dəhlizinin əsas məqsədi yüklərin Hindistandan Baltikyanı ölkələrə qədər qısa müddətə daşınmasını təmin etməkdir. Əgər Süveyş kanalından istifadə edərək yüklərin daşınması 60 günə başa gəlirsə, Şimal-Cənub nəqliyyat dəhlizi imkan verir ki, yüklər cəmi 25-30 günə son məntəqəyə çatdırılsın. Təbiidir ki, bu Şimal-Cənub dəhlizi onların iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malikdir”.
İkinci beynəlxalq nəqliyyat dəhlizi olan Şərq-Qərb nəqliyyat dəhlizi, demək olar ki, bütün Xəzəryanı dövlətləri əhatə edir və məqsəd Çindən Avropaya yüklərin daşınmasını təmin etməkdir: Bu beynəlxalq nəqliyyat dəhlizi də həm Azərbaycan, həm də digər Xəzəryanı dövlətlər üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan həmişə bu cür mühüm layihələrdə aparıcı mövqe tutmağa, bu cür layihələrə vaxtında qoşulmağa çalışır, bu da, təbiidir ki, Azərbaycana mühüm üstünlüklər verir. Şübhə yoxdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Xəzəryanı dövlətlərin iqtisadi inkişafında mühüm rol oynayacaq”.

Nağıyev Abbas-Zərdab rayon Dəli quşçu kənd sakini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın