21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər

Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər

Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər.

Müstəqil xarici siyasət aparan respublikamız özünün cənubi qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən- günə artırmaqdadır. Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır.
Prezidentimiz cənab İlham Əliyevin uğurlu, qətiyyətli siyasəti dövlətimizi həm regionda həm də beynəlxalq aləmdə yaxşı tanınmasını təmin etmişdir. Ulu öndər Heydər Əliyevin siyasətinin davam etdirən cənab İlham Əliyev hər zaman Xəzəryanı ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm vermişdir.
29 iyun 2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və bu çıxışdan irəli gələn aktual məsələlər böyük önəm daşıyır.
Zirvə Toplantısında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyətindən bəhs etmiş və Konvensiyanın tezliklə qüvvəyə minməsilə dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacağını bildirmişdir. Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb, həmçinin region və qonşu ölkələr üçün etibarlı tərəfdaşdır.

Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın