22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir bu, Ermənistanın öhdəliyidir

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir bu, Ermənistanın öhdəliyidir

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir bu, Ermənistanın öhdəliyidir

 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və Azərbaycan buna nail olacaq. 2020-ci il 10 noyabr Bəyanatında açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qəti formada bəyan etdi ki, Ermənistan qanunsuz məskunlaşmış insanları Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxarmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Qanunsuz məskunlaşmış insanların bu ərazilərdən çıxarılması üçün Ermənistana vaxt verilib və onlar oradan çıxarıldıqdan sonra Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Ümumiyyətlə, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Lakin Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq cəhdləri bu ölkəyə heç nə verməyəcək.

Qarabağda yaşayan ermənilərin isə Azərbaycan vətəndaşları olduqlarını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, onlar bunu birdəfəlik dərk etməlidirlər. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağ Azərbaycanın tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən ayrılmaz tərkib hissəsidir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının, ölkəmizdə yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaqdır.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın