22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.

İkinci Qarabağ müharibəsindən sonra təkcə Cənubi Qafqaz  bölgəsi enerji qovşağı kimi deyil,  həm də logistik sahədə də  bir qovşaq rolunu oynamağa başlayıb. Cənab Prezidentin İlham Əliyevin yürütdüyü uzaqgörən çevik siyasət nəticəsində  Azərbaycanda Cənubi Qafqazı Avrasiyanın  digər bölgələri ilə birləşdirən logistik layihələri reallaşdırıb. Artıq bu layihələr öz bəhrəsini verməkdədir. Məhz Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət nəticəsində bölgədə yeni regional əməkdşalıq format yaranmaqdadır. Bununla da  Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verməkdədir. Sentyabrın 16-da Özbəkistanın qədim şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər böyük iqtisadi-sənaye və investisiya potensiallarına malik ölkələrin rəhbərlərinin dəvət edildiyi bu sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib. Cənab Prezident İlham Əliyev sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Son illər yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan müvafiq modernizasiya işləri apararaq, dəniz limanlarının yükaşırma qabiliyyətini 15 milyon tona çatdırıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bildiyindən qısa zamanda ticarət donanmasının sayı daha da artırıla bilər. Azərbaycanın logistika imkanları multimodal xarakterlidir. Bakı-Tbilisi-Qars dəmiryolu və Xəzər limanlarından savayı Azərbaycan 7 hava limanı və 18 təyyarə ilə regionda ən böyük mülki hava donanmasına malikdir. Öz iqtisadiyyatında ağırlıq mərkəzini tədricən qeyri-neft sektoruna transformasiya etməyi hədəfləyən Azərbaycan tranzit imkanlarını genişləndirməyi prioritet hədəflərdən biri kimi müəyyənləşdirib. Bu da onunla bağlıdır ki, respublikamızda böyük gəlir potensialına malik tranzit daşımaları üçün bütün şərtlər var. O cümlədən əlverişli coğrafi mövqeyə, uzunmüddətli daxili sabitliyə, quru və su sərhədlərinə malik olması, qonşularla yaxşı münasibətlər qurması, dünyada müsbət imic qazanması Azərbaycana tranzit imkanlarını genişləndirmək üçün böyük üstünlüklər qazandırır. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir. Azərbaycanın tranzit imkanlarının genişlənməsi və region dövlətləri arasında əməkdaşlığın dərinləşməsi baxımından da böyük aktuallıq daşıyır. Zəngəzur marşrutu Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Yeni dəhlizin açılması ilə Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, qonşu və daha geniş coğrafiyada olan dövlətlər də Zəngəzur dəhlizindən bəhrələnə biləcəklər.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın