Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir
Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir
27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti hücümuna cavab olaraq başlamış və 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycanın haqlı qələbəsi ilə yekunlaşmışdır. 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat Cənubi Qafqaz regionunun sülh və təhlükəsizlik içində yaşaması üçün bir fürsətə çevrilib. Təəssüfləndirici haldır ki, Ermənistan silahlı qüvvələri davamlı sülhün bərqərar olmasına maneələr törədir, üçtərəfli bəyanatın şərtlərinə əməl etmir, mütəmadi təxribatlar törədir, atəşkəsi pozur. Ermənistan 2022-ci ilin sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədməsi bir mənalı olaraq regionda sülh proseslərinin həyata keçirilməsinə problemlər yaradır, bununla da regionun gələcək inkişafına mane olur. Ermənistan tərəfindən həyata keçirilən hər bir təxribatın qarşısı ordumuz tərəfindən dərhal alınır və onlara layiqli cavab verilir. Azərbaycan ordusu bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərək bir daha sübut etdir ki, Ermənistan üçün ən yaxşı seçim yolu sülhdür. Əks halda bu cür revanşist təxribatlara bundan sonra da sərt formada cavab veriləcək.
Zərdab şəhər sakini fəal gənc-Qönçə Babayeva