22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ağdam şəhəri işğal dövründə tamamilə dağılıb

Ağdam şəhəri işğal dövründə tamamilə dağılıb

Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Ağdam həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Bu, baş verəndə Azərbaycan əhalisi 8 milyondan az idi. Bir milyonun qaçqın və məcburi köçkünə çevrildiyini təsəvvürünüzə gətirə bilərsinizmi? Biz xüsusilə müstəqilliyin ilk illərində, bu dəstəyə ciddi şəkildə ehtiyacımız olan zaman baş verib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. Artıq qeyd etdiyimiz  kimi, Ağdam işğal illərində dağıdılıb.O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub. Ağdamda döyüş əməliyyatları başa çatdıqdan sonra isə erməni qüvvələri heç kimin geri qayıtmaması üçün evləri yandırıb və ya partladıblar. Heç bir əsər-əlamət qalmasın deyə Azərbaycan əsilli sakinlər oradan qovulub. Şəhər təxminən otuz ildən – 2020-ci ildəki müharibədən sonra Azərbaycanın nəzarətinə keçib. Döyüşdən sonra Ağdam şəhərinə daxil olarkən insanı kabus kimi bir yer qarşılayır. Evlər dağıdılıb, onlardan heç əsər-əlamət də qalmayıb. Şəhər dağıltılara məruz qalıb və dəhşətli halda idi. Amma artıq Ağdamda yavaş-yavaş yeni tikililər tikilir və burada ən mühüm mədəni və dini obyektlər bərpa edilir.

 

Zərdab rayonu  Çallı kənd tam orta məktəbin  müəllimi- Lətifli Tükəz

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın