İkitərəfli görüşün əhəmiyyəti
Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında oktyabrın 31-də ikitərəfli görüş keçirilib. Prezident cənab İlham Əliyevi Rusiya prezidenti Vladimir Putin özü qarşılayıb bu görüşün Ermənistanın baş nazirinin təşəbbüsü ilə, məhz Soçidə təşkil edildiyini bildirmişdir. Vladimir Putin çıxışında bildirmişdir ki, bu görüşün məqsədi 2020-ci və 2021-ci illərdə nail olunan bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Rusiya Prezidentinin qeyd etdiklərinə nəzərən belə aydın olur ki, bugünkü şəraitdə həll edilməmiş məsələlərin həll yolunun tapılması üçün üçtərəfli işci qrupu yaradılıb və onlara baş nazirlərin müavinləri rəhbərlik edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi görüş bizim regional məsələlərə həsr edilmişdir. Bilirik ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi isə artıq münasibətlərin normallaşmasının vaxtıdır. Biz artıq danışıqlara əsasən deyə bilərik ki, Qarabağ münaqişəsi geridə qaldı. Zamanla Rusiyanın da fəal rolu ilə ciddi addımlar atmaqla Azərbaycan- Ermənistan münasibətləri normallaşacaq.
Zərdab rayon Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun.