Erməni terroru sülh dövründə də davam edir
Bu gün terroru dövlət siyasəti səviyyəsində həyata keçirən işğalçı Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz və dünya üçün təhlükə mənbəyidir. Ermənistanın işğalçı və terrorçu siyasəti hazırda Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçməsinə və sülhün təminatına ən böyük maneədir. Ermənistan dövləti və erməni xalqı terrordan, günahsız insanların qanının axıdılmasından “mənəvi qida” alır. Hər halda hələ Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradılmazdan öncə erməni xalqının zaman-zaman müxtəlif qanlı aksiyalarda baş rolda iştirak etməsi, həmçinin, erməni din xadimlərinin bu və ya digər şəkildə qanlı aksiyaları dəstəkləməsi və hətta erməniləri buna sövq etməsi belə deməyə əsas verir.
Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu peşəkarlığı, döyüş bacarığı baxımından Ermənistan silahlı qüvvələrindən müqayisəyəgəlməz dərəcədə üstündür. Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgəri, hər bir zabiti hərbi bacarıqlarını yalnız döyüş meydanlarında nümayiş etdirdi. Müharibə dövründə Ermənistan silahlı qüvvələri cəbhədə uğursuzluqlarla üzləşir, qəhrəman Azərbaycan Ordusunun peşəkarlığı, döyüş əzmi, qətiyyəti qarşısında geri çəkilirdilər. Ermənistan döyüş bölgələrində biabırçı məğlubiyyətinin əvəzini yenə terrora əl atmaqla çıxırdı.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova