22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir

Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir.

Bildiyiniz kimi Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı.44 gün davam edən Vətən müharibəsində misli görünməmiş rəşadət göstərən Azərbaycan Ordusu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir sıra kəndləri daxil olmaqla, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad etdi.Bir an olsun belə geri çəkilmədən addım -addım Zəfər gedən rəşadətli Ordumuz noyabrın 8 -i neçə illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və bizim mədəniyyət beşiyimiz sayılan Şuşa şəhərini işğaldan azad etdilər.Qarabağın mədəniyyət, incəsənət ocağı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılıdı.Bu qalibiyyət Ali baş komandanımızın,bir yumruq ətrafında birləşən Azərbaycan xalqının və bir an bele gözünü qırpmadan düşmənə qan udduran cəsur Ordumuzun, herbiclərimizin əzmi idi.Bu böyük zəfərdə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Artık Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusu son nəfərinə kimi döyüş meydanında məhv ediləcək,ya da “ağ bayraq” qaldırıb, məğlubiyyətini qəbul edəcəkdi.Nəhayət hakimiyyət reallığı qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.Bu bəyannaməyə əsasən Kəlbəcər, Laçın və Ağdam bir güllə də atilmadan Azərbaycana təhvil verildi.İmzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcər rayonu 1993 -cu il 2 aprelde Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, yüzlərlə inzibati bina, minlərlə mənzil, və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.Bu gün artik işgaldan azad edilmiş bütün ərazilərimzde yenidən qurma bərpa işləri gedir.İllərdir erməni əsarətinde qalıb, erməni vandalizminə məruz qalmış torpaqlarımızı artık yeniden dirçəlir ve tezliklə həmin ərazilərdə həyat yenidən davam edəcək.

 

Sürəyya Zeynalova

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın