Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri
Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri
Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik və hüquq azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.
Çox təəssüflər olsun ki, iki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar, məbədlər və təbii sərvətlərimizdir. Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Bu barbarlar İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv, təbii sərvətlərimizi talan edərək ekoloji cinayət törətmişlər. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.
Bu ilin dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına ölkənin müxtəlif regionlarından olan gənc fəallar da qoşulub.
Ermənistan cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaqdır.
Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov
Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərir.
Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.
Bu gün Ermənistan Respublikası adlı qurama dövlətin hərbi cinayətləri bütün dünyaya məlumdur. Ən yaxın tarixi cinayətləri desək 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır. Buna görə də, rəsmi İrəvanın istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində insanlıq əleyhinə atdıqları addımları Azərbaycanda və bütün dünyada pislənilməkdədir. Bununlada Ermənilərin Azərbaycanlılara qarşı illərlə törədikləri hərbi cinayətləri sadalamaqla bitməz. Budur, erməni faşizminin siması. Budur, erməni barbarlığı.
Hərbi cinayətlərdən danışarkən bildirək ki, mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər.
Hər kəsə məlumdur ki, Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.
Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva
Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bugündə davam edir. Azərbaycan dövləti Laçın yolunu bağlamayıb, tam tərsinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa, mehriban qonşuluğa xidmət üçün istifadəyə verib. Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq, tam tərsinə, Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetiriməmiş, VI bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya “sülhməramlı”larının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır. Ermənistan rəsmi dairələrinin, onların yandaşlarının guya Laçın yolunun bağlanması – Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhranla üzləşməsi haqqında iddialarına gəldikdə isə buna ən tutarlı cavab rəsmi qurumlarımızdan gəldi. Həmin yol Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının “sülhməramlı” kontingenti tərəfindən bağlanıb. Yəni bizim etiraz aksiyası keçirən vətəndaş cəmiyyəti institutları fəallarımız yol bağlayan deyil, öz ölkələrinin suveren hüquqlarını tələb edən tərəfdir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır
Azərbaycan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışı, qanunsuz istismarın dayandırılmasını, ümumən müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ekologiyaya, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini, dəymiş zərərlərin nəticələrinin mümkün qədər qısa müddət içində aradan qaldırılmasını istəyir. Bu ayın 3-dən etibarən Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji, digər fəsadlarla bağlı müvafiq dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin “sülhməramlı” kontingentin komandanı general Volkovla apardığı danışıqlar da buna xidmət edirdi. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan rəsmi qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə səfər etmə cəhdinə baxmayaraq, bu səfərə süni əngəl yaradılıb. Əlbəttə, belə etibarsız hərəkətlər, razılaşmaların pozulması Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, ümumən xalqımızın haqlı etirazına səbəb olub. Əslində, Şuşa-Laçın yolundakı aksiyada olmaq istəyənlərin sayı orda olanlardan qat-qat çoxdur.
Xarici İşlər Nazirliyinin müvafiq açıqlamasında da vurğulandığı kimi, “Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
Aksiyanın obyektivliyi
Son günlər Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökümət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiyalar keçirilir. Qeyd edək ki, kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdır. Aksiya iştirakçıları ekoloji terror, təxribatçı, talançı fəaliyyət, Ermənistan ordusunun qalıqlarının ərazilərimizdən çıxarılması ilə bağlı “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji terrora son!” şüarları səsləndirirlər. Ümumilikdə aksiya iştiramçılarının sayı 500 nəfəri ötüb və iştirakçıların sıralarına qoşulmaq üçün axın var. Ekologiya fəallarının, ümumən vətəndaşlarımızın keçirdiyi bu aksiya ölkə ictimaiyyətimizin və öz ölkələrinin suveren hüquqlarını tələb edən bir tərəfin tam haqlı narazılığıdır.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib
Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir.
Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.
Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsə də, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib.
Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər.
Bununla əlaqədar, vətəndaş cəmiyyəti üzvlərinin, ictimai fəalların beynəlxalq və milli qanunvericiliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdiyi aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin mane olma cəhdlərini qəti şəkildə pisləyir, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə və malik olduqları mandata uyğun fəaliyyət göstərməyə dəvət edir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur
Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə Azərbaycan tərəfindən bəyan edilib.
Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar, Azərbaycan xalqının etirazına səbəb olub.
Bununla yanaşı, Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırım siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.
Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov
Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur. Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.
Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar haqlı olaraq Azərbaycan xalqının etirazına səbəb olub. Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Azərbaycan məsuliyyətli ölkədir
Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bununla yanaşı, belə bəyanatların Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.
Bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına daim maneçilik törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi öhdəliklərinə uyğun olaraq son iki il ərzində Laçın yolunu yenidən qurub və yolun məhz humanitar məqsədlər üçün istifadəsinə geniş şərait yaradıb. Sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər. Bölgədə humanitar vəziyyətə gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Çünki Azərbaycan həmişə məsuliyyətli ölkədir
Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli
Azərbaycan məsuliyyətli ölkədir
Artıq Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. BMT-nin Təhlükəsizlik Şurasının azadolunma ilə bağlı 4 qətnaməsi var idi, amma bu yerinə yetirilmədi. Azərbaycan özü bunu icra etdi və Vətən Müharibəsində qələbədən sonra iki il müddətində gözlədi ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. Bu ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər.
Azərbaycanın beynəlxalq hüquqa əsasən həmin ərazilərə girməyə haqqı var, bu təmin olunmadığı üçün Azərbaycan dövləti konkret addım atmağa məcbur qalıb.
Hazırda bu istiqamətdə aksiya davam edir. Aksiya azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyətinin nümayəndələrinin aksiyasıdır. Bunu ermənilər, digərləri başqa yönə istiqamətləndirməyə çalışsalar da, aksiyanın məqsədi bəllidir. Aksiyanın məqsədi Azərbaycanın dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan ərazilərində qeyri-qanuni istismar olunan ərazilərə baxışın keçirilməsinə şərait yaradılması ilə bağlıdır. Bu gün bütün Azərbaycanın ürəyi həmin bölgə ilə döyünür, hər kəs istəyir ki, öz vətəndaş borcunu yerinə yetirərək bu aksiyalarda fəal şəkildə iştirak etsin. Bu Azərbaycanın tam haqqıdır. Ən qısa şəkildə bizə şərait yaradılmalıdır ki, həmin ərazilərə baxış keçirilsin.
Ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsi hamımızın yaddaşına dünya miqyasında tanınmağın, öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir!”
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır
Rusiya sülhməramlılarının son davranışları onların qarşısına qoyulmuş vəzifələrə və postmünaqişə reallığının tələblərinə cavab vermir. Onların hələ də müvəqqəti nəzarətlərində olan Azərbaycan ərazilərindəki erməni silahlı bölmələrini tərkisilah etməməsi, yaxud ərazimizdən çıxarmaması, separatçıların müxtəlif təxribatçı tədbirlərinə şərait yaratmaları sülhməramlıların məramı ilə bağlı çox ciddi suallar yaradır. Qarabağ iqtisadi rayonundakı rus hərbçilərin separatçılarla eyni mövqedən çıxış etməsi onlara olan etimad mühitini heçə endirib.
Vətəndaş cəmiyyəti nümayəndələrini Xankəndi-Xocalı istiqamətlərində ərazilərimizə buraxmamaqla sülhməramlılar Azərbaycan vətəndaşlarının konstitusiyanın 28-ci maddəsi ilə təsbit olunmuş hüquqlarına təcavüz etmiş olurlar.
Azərbaycan bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir. Öz ölkəsində sərbəst hərəkət etmək hüququ olan vətəndaşlarımızın, o cümlədən jurnalistlərimizin qarşısına zirehli maşınlarla çıxan sülhməramlılar bir daha göstərdilər ki, artıq onların missiyası həm praktik olaraq, həm də mənəvi cəhətdən yararsızlaşıb. Bu vəziyyətdən sonra onların bölgədəki mövcudluğu bütövlükdə ümumi işin faydasına olacağı inandırıcı görünmür. Amma bir şey dəqiqdir ki, bundan sonrakı üç il ərzində sülhməramlılar bölgədə istər sülh yaratma missiyasında, istərsə də birgəyaşayış mühiti üçün hətta faydalı olmaq istəsələr belə uğursuzluğa məhkumdurlar. Yəni mövcud mühitdə sülhməramlılar bölgədə faktiki olaraq faydasız rudimentə çevrilib. Əlbəttə, biz Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə uyğun olaraq sülhməramlıların faydalı fəaliyyətini arzu edirdik, amma təəssüf ki, sülhməramlılar və bütövlükdə Rusiya Müdafiə Nazirliyi regionda qızıl ortanı tapa bilmədi, yaxud tapmaq istəmədi. Ələxsus da onlar bizə Vardanyanın gözü ilə baxmağa başladıqdan sonra vəziyyət xoşagəlməz məcraya yönəlməyə başladı. Nəticədə bizim Rusiya ilə münasibətlərimizi daha da yaxşılaşdırmağa, Ermənistanla isə sülh prosesini tezləşdirməyə töhfə verəcəyini ümid etdiyimiz sülhməramlı missiya, nəinki ümidləri doğrultmadı, əksinə vəziyyəti daha da mürəkkəbləşdirməyə başladı. Əgər 10 noyabr bəyanatının şərtinə uyğun olaraq Ermənistanın ordu qalıqlarını ərazimizdən çıxarmayacaqsa, separatçıları leqallaşdırmağa yönəli fəaliyyətləri davam edəcəksə, təxribarlara alət olmaqda, separatizmə rəvac verməkdə israrlı olacaqsa sülhməramlıların həm Rusiyanın, həm də Azərbaycanın mənafeləri baxımdan bölgədə mövcudluğunun xeyridən çox zərəri ola bilər.
Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə artıq Azərbaycanın hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçilərini, Azərbaycan media mənsublarını görməyə alışsınlar. Əks halda onları bu vəziyyətə ərazidəki komando hissələrimiz alışdırmalı olacaq.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Ekoterrorizm
Müharibə meydanında və dəyirmi masalarda uduzan Ermənistan dövləti hələ də türk dünyası üçün təhlükə yaradır. İllərdir, Azərbaycana qarşı təcavüzkarlıq edən və ekoloji terror törədərək dolayısıyla dünyaya təhlükə yaradan Ermənistan durmaq bilmir.
Ekoloji terror (ekoterrorizm) – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ermənilər ağaclarımızı yandırır, içməli sualımızı çirkləndirərək yenə də insanlarımıza zərər vururlar. İnsan ölümünə səbəb olan bu hallara isə artıq göz yummağımız mümkün deyildir. Xüsusən, bizim ərazilərimizdə təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar edir, bunun sayəsində ekologiyamıza zərər vururlar. Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edir. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib. Və son illərdə qanunsuz şəkildə təbii sərvətlərimizin talanması ilə yuxarıda qeyd olunmuş ekoterror hallarının sayı artmışdır. Bizim tələbimiz monitorinqin aparılmasının təmin olunması və hələ də riayət edilməyən 10 noyabr 2020-ci il bəyənatının müddəalarının yerinə yetirilməsidir. Qeyd olunanlar təmin olunmadıqca, Ekoloqların və Vətəndaş Cəmiyyətinin nümayəndələrinin dinc aksiyası dayanmayacaq.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli