22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan – Türkiyə həmişə bir-birinə dayaqdır

Azərbaycan – Türkiyə həmişə bir-birinə dayaqdır

Azərbaycan – Türkiyə həmişə bir-birinə dayaqdır

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda göstəriblər. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövləti və xalqı genişmiqyaslı yardım kampaniyası həyata keçirmişdir. Cənab Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulmasını xüsusi vurğulamışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərmişdir. Azərbaycan dövləti 9 fevraladək Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Allahdan ölənlərə rəhmət, xəstələrə şəda diləyirik.

Çinarə Fərəcova – Zərdab şəhər 1 nömrəli məktəb-liseyin müəllimi

 

 

Bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün bütün imkanlardan istifadə edir

6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in yüzlərlə şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün bütün imkanlardan istifadə edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir.

Rəşad İsmayılov – Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru

 

 

Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir.

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb:” Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardımı göstərməyə hazır olduğumuzu bildiririk”.

Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilmişik.

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru

 

 

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçımız İlham Əliyevin tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.

Fevralın 6-dan Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. İlk 3 təyyarə fevralın 6-da yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 422 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını fəlakət zonasına çatdırıb. 4-cü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb. 5-ci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb. 6-cı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb. 7-ci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.

Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb.

Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Biz bununlada bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil , dövlət başçıları səviyyəsində deyil , o cümlədən insanlıq səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və biz hər zaman qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Rəşanə Bayramova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin direktor müavini

 

 

Qardaşlıq nümunəsi

6 fevral 2023-cü il tarixdə Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz adından və xalqımız adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasına, dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib və bu ağır məqamda Azərbaycanın qardaş Türkiyə Respublikasına hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçımızın tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan qardaş Türkiyə Respublikasına genişmiqyaslı yardıma başlanılıb. Güclü zəlzələnin fəsadlarını aradan qaldırması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilk olaraq Fövqəladə Hallar Nazirliyinin yüzlərlə çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. İlk olaraq qüvvələrin tərkibinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Baki Regional Mərkəzinin müvafiq şəxsi heyyəti daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri təyyarə vasitəsilə qardaş Türkiyə Respublikasına göndərilib. Yardımların miqyası genişləndirilərək hər bir Azərbaycan vətəndaşı qardaş ölkədə zəlzələdən əziyyət çəkən insanlara köməyini əsirgəməyərək yardımlarını davam etdirirlər və hər zaman qardaş Türkiyə Dövlətinin yanında olduqlarını sübut edirlər. Təkcə paytaxt və ətraf şəhərlərdə deyil, ölkəmizin bütün regionlarından yardımlar toplanaraq qardaş Türkiyə dövlətinə göndərilir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığına və bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına təşəkkür edib. Qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ zamanı dünyasını dəyişən insanlara Allah rəhmət eləsin, yaralılara şəfa versin.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinun direktoru

 

 

Azərbaycan, Türkiyə dövlətləri qardaş dövlətlərdir

Bildiyimiz kimi fevralın 6-da Türkiyədə zəlzələ baş verib. Minlərlə insanın ölümü ilə nəticələnən bu təbii fəlakət hamımızı dərindən üzdü. Azərbaycan xalqı qardaş Türkiyə üçün dərin mənəvi sarsıntı keçirib. Çünki söhbət qardaş dövlətdə baş verən misilsiz bir fəlakətdən gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi.

Cənab Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını bildirib. Azərbaycan, Türkiyə dövlətləri, sözün həqiqi mənasında qardaş dövlətlərdir. Bu hadisə bir daha onu göstərdi ki, Türkiyənin ən yaxın dostu məhz Azərbaycandır. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev zəlzələ baş verdikdən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək başsağlığı verdi və söylədi ki, Azərbaycan dövləti, xalqı Türkiyənin yanındadır. Bundan başqa Azərbaycan Fövqəladə Hallar Nazirliyinin heyəti hadisədən dərhal sonra Türkiyəyə yollanıb. FHN əməkdaşları axtarış-xilasetmə missiyasını həyata keçirirlər. Hətta Türkiyənin Qars vilayətində keçirilən hərbi təlimlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri təbii fəlakətin baş verdiyi əraziyə cəlb edilib. Sıravi vətəndaşlar da Türkiyədə təbii fəlakətdən zərər görmüş insanlara əllərindən gələn köməyi edir.

Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir. Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplanaraq yardım edilir. Bu gün bu proses başda paytaxt Bakı olmaqla ölkənin hər bölgəsində gedir.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

Bir millət iki dövlət

Dünya ölkələri Türkiyeyə xilasedici heyət və humanitar yardım göndərməyə davam edir. Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib. Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.

Qardaş Türkiyəyə ilk dəstək Azərbaycandan olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır.

Nahidə Əzizli – Zərdab rayon Çallı kənd tam orta məktəbinin müəllimi.

 

 

Azərbaycan hər an Türkiyənin yanındadır

Qardaş Türkiyə baş verən güclü zəlzələlər nəticəsində təbii fəlakətin ağır fəsadları ilə üz-üzə qalıb. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Türkiyədə baş vermiş dəhşətli faciə xalqımızı çox sarsıtdı. Türkiyənin zəlzələ ilə əlaqədar dördüncü dərəcəli həyəcan elanından sonra beynəlxalq müstəvidə yardım təklifləri gəlməyə başladı. Təbii ki, yenə ilk köməyə gedən qardaş ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşdü. FHN-in yardımlarından ibarət dördüncü təyyarə də fevralın 7-si axşam saatlarında Türkiyəyə göndərilib. Bu təyyarədə isə dağıntılardan ziyan çəkmiş insanlar üçün lazımi avadanlıqlar yer alıb. Bundan əlavə, fevralın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasina start verildi. Bu faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırılacaq. Bu yardım kampaniyasına ictimai təşkilatlar, özəl sektorlar bütün dövlət qurumları, ali ve ümumi təhsil müəsisələri könüllü olaraq qoşularaq öz dəstəklərini türk qardaşlarindan əsirgəmirlər. Ümumiyyətlə xalqımız yaşından aslı olmayaraq hər kəs imkanı daxilində nəyə gücü çatirsa, evində nə varsa könüllü olaraq yardım toplanan yerə gətirirlər. 44 günlük Vətən müharibəsində sona qədər bizimlə birlikdə olduğu kimi bizdə sona qədər Türk dövlətinə xalqına köməklik göstərməyə hazırıq. Azərbaycan hər an Türkiyənin yanındadır.

Biz birlikdə güclüyük!

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanılıb

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Prezidentin tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanılıb. Ümumilikdə faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın