22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər

Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər

Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər

 Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Ümumiyyətlə, cənab prezident İlham Əliyevin görüşlər çərçivəsində, açıqlama və müsahibələrində səsləndirdiyi fikirlər növbəti dəfə dünyanın xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı ən nüfuzlu forumunun – Münxen Təhlükəsizlik Konfransının tarixində önəmli yerlərdən birini tutacaq hadisəyə çevrildi. Dövlətimizin başçısının beynəlxalq platformalardakı çıxışlarının dünyanın nüfuzlu media resurslarının və beyin mərkəzlərinin diqqət mərkəzində olmasının səbəblərindən biri də İlham Əliyevin öz xalqının, dövlətinin maraqlarını qətiyyətlə müdafiə etmək, həqiqətləri olduğu kimi, müqayisəli və tutarlı faktlarla dilə gətirmək bacarığıdır.

“Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın bütün informasiya manipulyasiyalarına, siyasi təzyiq elementləri ilə müşaiyət olunan davranışlara, pafoslu bəyanatlara, yumşaq və aqressiv təhdidlərə rəğmən öz mövqeyindən bir addım da geriyə çəkilməyəcəyini, əksinə öz haqlı mövqeyini qorumaq, bölgədə sülhü və əminamanlığı təmin etmək üçün irəliyə doğru addımlayacağını və bunun üçün bütün potensiala malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev ona ünvanlanan suallara cavablarında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsi, ərazilərimizdə yaşayan etnik erməni azlığı ilə bağlı bütün məsələlərə aydınlıq gətirib. Dövlətimizin başçısı öz nitqində bildirdi ki, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Bu baxımdan, hər kəs Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etməlidir. Bu, Prezident İlham Əliyevin Ermənistanın baş nazirinin və digər rəsmilərin, dünyanın aparıcı media resurslarının iştirakı ilə keçirilən paneldə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan etnik erməni azlığı ilə bağlı bütün məsələlərin dövlətimizin daxili işi olduğunu, Azərbaycan Konstitusiyasından kənar hər hansı bir yanaşmanın qəbul edilməyəcəyinin aydın və imperativ şəkildə diqqətə çatdırılması, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipinlərinə əsaslanan tələbi kimi qəbul olunmalıdır. Ermənistanın baş naziri, mahiyyət etibarilə bu tələbin qarşısında heç bir tutarlı fikir səsləndirə bilmədi və ortaqlıda olan gerçəklikdən, reallıqdan yan keçməklə, qırıq-qırıq, kimsənin anlaya bilməyəcəyi ifadələrlə həqiqətin qarşısında təslim olduğunu nümayiş etdirdi.

Cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bir daha Azərbaycanın haqlı mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu baxımdan, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında etidiyi çıxışları qalib ölkənin liderinin Zəfər yürüşünün diplomatiya müstəvisindəki növbəti təntənəsi kimi dəyərləndirilə bilər.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın