22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi

Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi

Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi

Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Əgər 1992-ci ildə Azərbaycanda mərkəzi hakimiyyət güclü olsaydı, siyasi çəkişmələr baş verməsəydi, Şuşa heç vaxt işğal olunmazdı. Bu baxımdan Vətən müharibəsində Azərbaycan ictimaiyyəti Şuşanın azad olunmasını böyük səbirsizliklə gözləyirdi. 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur yerimiz Şuşa şəhərinin azad edilməsi ikinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl xətlərlə yazılmış oldu. Təsadüfi deyil ki, ölkə Prezidentinin Şəhidlər xiyabanında xalqa müraciətində Şuşanın azad edilməsini bəyan etməsi Azərbaycanın hər bir guşəsində sonsuz sevinc və fərəhlə qarşılandı.Ölkə başçımız İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə bildirmişdir ki, Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəlki erməni işğalından azad edən Azərbaycan silahlı qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. “Zəfər yolu” cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı.I Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının səbəbləri bu gün xalqımıza gün kimi aydındır. 1991-ci ildə xalqın faciəsi, ağrı-acıları fonunda hakimiyyətə gələn və cəmi bir il hakimiyyətdə duruş gətirə bilən, səriştəsiz, diletant, naşı siyasəti, səriştəsiz, bacarıqsız idarəetmə qabiliyyəti sayəsində Azərbaycan iqtisadiyyatını dərin böhran vəziyyətinə salan, ölkəni vətəndaş müharibəsi həddinə gətirən, respublikanın hər yerində xaos, anarxiya, özbaşınalığın tüğyan olmasının səbəbkarı olan AXC-Müsavat cütlüyü torpaqların işğal olunmasının əsas günahkarı oldu. Vəzifə, hakimiyyət hərisliyi ilə alışıb-yanan, şəxsi mənafeləri milli mənafedən üstün tutan antimilli ünsürlər ərazimizin 20% -nin düşmən əsarəti altına düşməsində həlledici rol oynadılar.Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu xüsusda vurğulamışdır ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri məlumdur. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın