21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı

Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı

Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir.

Uzun illərdən bəri Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan laçınlılar Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ən ağır illərdə belə torpaq və yurd həsrəti ilə yaşayan Laçın camaatı həmişə güclü inam,  dövlətçiliyimizə sədaqət və fəal vətəndaş mövqeyi nümayiş etdirib, birmənalı olaraq iqtidarın müdafiəsində dayanıb. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü,  milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü,  dinamik inkişaf edən,  yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.

Şanlı qələbə ilə başa çatan Vətən müharibəsindən dərhal sonra azad edilmiş ərazilərin bərpasına başlanılması,  bir çox infrastruktur layihələrin həyata keçirilməsi,  o cümlədən elektrik enerjisi ilə təminat və yolların yenidən qurulması onu göstərir ki,  Qarabağ və Şərqi Zəngəzurun bərpası və gələcək  inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.  Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı,  yeni xətlər,  transformatorlar,  yarımstansiyalar,  elektrik stansiyaları qurulur.  Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur.  İlk növbədə isə Laçın şəhəri,  Zabux və Sus kəndləri yenidən qurulur. Bərpa və yenidənqurma işləri bu il başa çatdırılacaq, laçınlılar öz doğma yurd yerlərinə, müasir və yaraşıqlı evlərinə qayıdacaqlar.  Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında eyni zamanda yollar çəkilir,  tunellər salınır,  elektrik stansiyaları quraşdırılır,  beynəlxalq hava limanı tikilir.  Dövlət başçısı Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi  ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Qeyd edək ki, Laçın şəhəri,  Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi,  Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərə başlanılıb.

Bir sözlə,  Laçın şəhəri sürətlə yenidən qurulur.  Tezliklə şəhər dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək. Bəli,  Azərbaycan xalqı əzmi,  gücü,  qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi,  indi də eyni qüdrəti nümayiş etdirərək,  həmin yurdlara yenidən şərəfli və ləyaqətli həyat qaytarır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

 

 

Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı.

Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə  işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı.

Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT Təhlükəsizlik Şurasının  4 qətnaməsi reallaşmış olur. Ən ağır illərdə belə torpaq və yurd həsrəti ilə yaşayan Laçın camaatı həmişə güclü inam,  dövlətçiliyimizə sədaqət və fəal vətəndaş mövqeyi nümayiş etdirib, birmənalı olaraq iqtidarın müdafiəsində dayanıb. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü,  milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü,  dinamik inkişaf edən,  yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Razılaşmanın şərtlərinə əsasən, Ermənistan Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağını öhdəsinə götürdü. İşğal olunmuş ərazilərdən Ermənistanın qoşunlarının çıxarılması ilə paralel olaraq əraziyə Rusiya sülhməramlıları yerləşdirildi. Sülhməramlı qüvvələr 5 il müddətində, özü də məhdud kontingentlə əraziyə daxil oldu. Bu isə o deməkdir ki, Ermənistan işğal altında olan ərazilərimizi qeyd-şərtsiz, qan tökmədən, tələfat olmadan boşaltdı. Bununla da indiyə qədər üzərində manipuliyasiya aparılan “qoşunların təmas xətti” anlayışı aradan qaldırılmış oldu.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

 

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir

Olkə başçısı cənab İlham Əliyev  Məsim Məmmədovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndə  təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.  Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır.

Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən  Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu nəhayət öz gərçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən. Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Ölkə başçısının da dediyi kimi “Dağlıq Qarabağ münaqişəsi” termini artıq arxada qalıb. Bundan sonra bu termindən sadəcə tarix haqqında danışanda istifadə etmək olar.

Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 dekabr tarixində xalqa müraciəti  zamanı Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğulamış və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən laçınlıları təbrik etmişdi.  Ölkə başçısı bildirmişdi ki, Laçın Azərbaycanın ən böyük rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Laçın rayonunun təbii sərvətləri- meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən ölkə başçısı bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialının, kənd təsərrüfatının, turizm potensialının çox böyük olduğunu vurğulamışdı.

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın