22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”

“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”

“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı.” Ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. “Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilmişdi.“Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” deyən ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı: “Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu və Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın, o cümlədən adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Təsadüfi deyil ki, işğalçı Ermənistanın kapitulyasiyası Ordumuzun gücü hesabına əldə olunmuş nəticə idi. “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” deyən ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən rəşadətli Azərbaycanın Ordusu şanlı parlaq Qələbəni təmin etməklə bir daha döyüş meydanında özünün üstünlüyünü sübut etdi.”

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

 

“Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır.”

Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami, mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dövlətin müstəqilliyinin qorunmasında ordunun müstəsna rolunu qeyd edən Ulu Öndər öz çıxışlarının birində demişdir: “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır”. Bildiyimiz kimi, keçən əsrin əvvəllərində, 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək, Şərqdə ilk dəfə demokratik dövlət qurdu. Hökumətin qərarı ilə 1918-ci il iyun ayının 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Ulu Öndər Azərbaycan Ordusunun varislik məqamını vurğulayaraq demişdir: “XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri, məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir.” 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandı. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra, Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olmaqla, bu günkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə, bu sahədə də mühüm irəliləyişlər əldə edildi.1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra, Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevral ayının 20-də isə, Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı. Azərbaycan Ali Hərbi Məktəbinin 2001-ci ildə baş tutmuş birinci buraxılışına həsr olunan mərasimdə etdiyi nitqində Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın.” Ulu Öndərin rəhbərliyi ilə 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən parlaq nəticələrindən biri də, bu gün getdikcə artan və qüdrətlənən, gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini, müasir dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə, bu gün, Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava, Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. 2020-ci il sentyabr ayının 27-də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Diqqətəlayiq haldır ki, Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu gün, Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da, məhz dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasətin təzahürüdür.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

 

“Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.”

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Böyük Qələbə zəfərini yazdı. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi və erməni ordusu darmadağın edildi. Təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan  birgə Bəyanatını imzalamağa  məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.Eyni zamanda, Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, onminlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi.Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı,müzəffər Ali Baş Ko­mandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük Qələbəmizi reallaşdırdı.Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək və inkişaf edəcəkdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

“Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur.”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O zamanlar Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılmış, avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmişdir. Hərbi Nazirliyə istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilməsi Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır. Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün bütün imkanlardan istifadə edilir. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı.İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq qələbə çaldıq və 30 il işğalda olan 20% torpaqlarımızı azad  etdik. Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 “Bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər.”

Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra, Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütünd övrlərdə öz xalqına misilsiz xidmətlər göstərmişdir. Beləki, 1997-ci il 15 oktyabr tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Hərbi Təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı qeyd etmişdir: Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hər bisahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlının istedadı, qabiliyyəti, havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Mən əminəm ki, bu, belədə olacaqdır. Çünki mən bizim Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirəm. Bunu bir çox azərbaycanlılar dəfələrlə, tarix boyu öz cəsurluğu ilə dünyaya nümayiş etdiriblər. Mən tam əminəmki,  bugündə, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, Milli Ordusudur. Hər bir dövlətin müstəqillyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bumüstəqilliyi yaşatmaq, möhkəmləndirmək, inkişaf etdirmək üçün çətin və ağır bir yol keçibdir. Bizim bu çətinliklərimizin ən böyük səbəbi Azərbaycana qarşı Ermənistan tərəfindən edilmiş hərbi təcavüzdür, bu təcavüz nəticəsində Azərbaycan xalqının öz torpaqlarını qorumaq üçün mübarizəyə qalxması və bunun nəticəsində yaranmış çətinliklərdir. Ancaq eyni zamanda ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycanın dövlət quruculuğu prosesind böyük səhvlərə yol verilmiş, xalqa, millətə, dövlətə xəyanətlər edilmiş, pozucu qüvvələr Azərbaycanın dövlət quruculuğunu təmin etmək əvəzinə ö şəxsi mənafeləri naminə bu prosesi nəinki ləngitmişlər, hətta ona böyük zərbələr vurmuşlar Müstəqilliyimizə qısqanclıq edən daha doğrusu bumüstəqilliyimizi pozmaq istəyən xarici vədaxili qüvvələr hələ mövcuddur. Ona görədə biz dövlət quruculuğu işlərini həyata keçirərək, ordumuzun bundan sonrada inkişaf etdirilməsi tədbirlərini həyata keçirərək heç vaxt sayıqlığı itirməməliyik və özümüzü bütün mümkün bəlalardan daim qorumalıyıq. Ümumilli lider çıxışı zamanı qeyd etmişdir ki, “Çoxsevinirəmki, indi milli şahinlərimiz var. Sevinirəmki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın