22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan xalqının və dövlətini iradəsin heç bir qüvvə sarsıda bilməz

Azərbaycan xalqının və dövlətini iradəsin heç bir qüvvə sarsıda bilməz

Azərbaycan xalqının və dövlətini iradəsin heç bir qüvvə sarsıda bilməz.

Separatçılar 30 il işgal altında saxladıqları Azərbaycan torpaqlarından çıxmaq əvəzinə, ərazidə gərginlik yaradır, sülh danışıqlarının qarşısını almaga cəhd göstərirlər. Erməni lobbisi və qanunsuz silahlı birləşmələri Qarabagda məskunlaşan erməni əsilli sakinlərin Azərbaycan qanunlarına tabe olacagından ehtiyat edib yenidən cəbhə boyu gərginlik yaratdılar. Gərginliyin artmasının bir çox səbəbləri aydınlaşır. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Azərbaycan ordusunu antiterror tədbirlərinə təhrik edən erməni təxribatlarıdır. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Qarabagdakı seperatçı rejim terrorçu erməni lobbisinin drijor çubugu ilə idarə olunur. Ermənistan siyasi rəhbərliyi də acizlik nümayiş etdirərək erməni lobbisinin diktəsi ilə qərarlar verir. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı yenidən münaqişənin alovlanmasına səbəb oldu.

Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Rəşadətli Ordumuz qısa zamanda düşmənin bir sıra strateji hərbi məntəqələrini, istehkamlarını darmadıgın edib, düşmən texnikasını və hərbi birləşmənin canlı qüvvəsini məhv etmişdir. Ermənistan rəhbərliyi və ona havadarlıq edən terrorçu birləşmələr, qruplar, təşkilatlar, nəhayət dövlətlər bilməlidirlər ki, Azərbaycan xalqının və dövlətini iradəsin heç bir qüvvə sarsıda bilməz. Azərbaycan silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən başını anındaca əzir. Ermənistanın iyrənc siyasəti qısa zamanda fiaskoya ugrayır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha Azərbaycanın gücünün, qüdrətinin şahidinə çevrildilər.

Son bir necə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər addımlar gərginliyin artmasına səbəb oldu. Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi. Əldə edilən razılığa əsasən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Göründüyü kimi, Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha Azərbaycanın gücünün, qüdrətinin şahidinə çevrildilər. Bir günə təmin olunan qələbə Azərbaycan Ordusunun müstəqiliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu sübut etdi.  Üç ilə yaxın müddətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn müddəaların yerinə yetirilməsinə maraq göstərməyən, hələ də havadarlarının dəstəyi ilə 30 illik işğal dövrünün ab-havası ilə yaşayan Ermənistan unudur ki, artıq Azərbaycan o illərin Azərbaycanı deyil. Bu gün qalib ölkə olaraq reallıqları diktə edən və onun qəbulu istiqamətində səylərini günbəgün artıran Azərbaycandır!

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan 1 gün ərzində  qazandığı növbəti tarixi Zəfəri ilə sübut etdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

Azərbaycan Ordusunun bir gün ərzində uğur hekayəsini yazması yüksək peşəkarlığın, zəngin təcrübənin, mükəmməl planın nəticəsidir. Azərbaycan növbəti tarixi Zəfəri ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. 30 illik işğal dövründə məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməyə, ədalətin, beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərdi. Ən yüksək tribunalardan bəyan edildi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini yüksək əhval-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. 44 gündə 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək yüksək peşəkarlıq, döyüş ruhu, təcrübəsi tələb edirdi ki, Azərbaycan Ordusu bunu dünyaya təqdim etdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində tarixi Zəfərimizə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Separatçı hərbi xunta rejiminin bir gün ərzində ağ bayraq qaldırması Azərbaycan Ordusunun gücü bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda davamlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etsə də hadisələrin gedişindən də göründüyü kimi, düşmən ölkə himayədarlarının dəstəyi ilə daim vəziyyətin daha çox gərginləşməsində maraqlı olub. Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda iştirak edib sözdə bu təklifin özündə ehtiva etdiyi beynəlxalq hüququn prinsiplərini qəbul etsə də əməldə tamamilə fərqli bir yanaşma ortaya qoyur. Bu, mütəmadi olaraq təxribatların törədilməsi, ermənilərin “humanitar böhran” adı altında məqsədli planlarının həyata keçirilməsinə cəhdləri və sair kimi addımları ilə müşayiət olunur. Lakin Azərbaycan özünün sülh səylərini davam etdirərək Qarabağ ermənilərinə öz humanitar dəstəyini əsirgəmədi. Ermənistanın yaratdığı şounun arxasında hansı məqsədlərin dayandığı bəlli idi. İşğalçı dövlətdəki revanşist qüvvələr yaranmış vəziyyətin sülh yolu ilə başa çatmasına imkan verməyərək Azərbaycanın antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalmasına səbəb oldular. Tarixi Zəfərimizə gedən yolu geniş təhlil etməkdə məqsədimiz Azərbaycanın yalnız məcburiyyət qarşısında qaldığı təqdirdə məsələnin döyüş meydanında çözülməsinə səy göstərdiyini diqqətə çatdırmaqdır.  Ermənistan və ona havadarlıq edən dövlətlər “Dəmir yumruq”, “Qisas” əməliyyatlarının dərslərini unutmağa çalışsalar da Azərbaycan Ordusu suverenliyimizə qarşı törədilən təxribatların qarşısını qətiyyətlə almaqla yenidən onlara bu dərsləri xatırlatdı. Azərbaycan müstəqilliyinə, suverenliyinə qarşı hər bir cəhdin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq.

44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin və onların havadarlarının illərdir yaratdıqları mifləri tamamilə dağıtdı. Bu miflərdən biri Ermənistan ordusunun “məğlubedilməzliyi” idi. Lakin dünya məğlubedilməz ordunun Azərbaycan Ordusu olduğunu gördü. Lokal antiterror tədbirlərinin qısa zamanda başa çatması, separatçıların təslim olması da deyilənlərə bariz nümunədir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıdakı dövrün əsas hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, müdafiə gücümüzün artırılmasını da prioritet məsələ kimi qarşıya qoydu. Ordu quruculuğu istiqamətində səylərin daha da artırılacağını, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılacağını, maddi-texniki bazasının möhkəmləndiriləcəyini bildirdi. Növbəti tarixi Zəfərimiz bir daha ordu quruculuğu sahəsində son 3 ilə yaxın dövrdə görülən işlərin aydın mənzərəsini yaratdı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam bərqərar olur.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın