Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur
Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur
17 Oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümüdür. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur, çünki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, illərlə doğma yurd-yuva həsrətində olan insanların ən ümdə arzularını gerçəkliyə çevirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “dəmir yumruq” la düşmənin başını əzdi. Bütün təzyiqlərə, təxribata sövq edən bütün təhriklərə baxmayaraq öz xalqına, öz ordusuna inanan və öz qətiyyətinə, iradəsinə əmin olan dövlət başçımız cənab İlham Əliyev bizlərə qürur mənbəyimiz olan Böyük Qələbəni bəxş etdi.
Məhz bu Qələbə nəticəsində Füzuli şəhərinin və kəndlərinin mənfur düşməndən azad edilməsi doğma torpaqlarından didərgin düşmüş, illərlə ata-babalarının, yaxınlarının məzarlarını belə ziyarət edə bilməyən füzulilərin el-oba həsrətinə son qoydu. Dağıdılmış, viranəyə çevrilmiş, yandırılmış, erməni vandalizminin bütün dünyaya ən bariz sübutu olan torpaqlarımızın hər qarışı bizim üçün doğmadır,əzizdir.
Ən böyük təsəllimiz isə şəhidlərimizin qanı bahasına qaytarılan torparlarımızda dövlətimiz tərəfindən gülüstanlar yaradılacağına qəti əminliyimizdir. Ölkə başçımız cənab İlham Əliyevin sözləri ilə desək, “Qarabağı cənnətə çevirəcəyik”..
Sevindirici haldır ki, Füzulidə irimiqyaslı layihələrin icrası uğurla həyata keçirilməkdədir. Torpaqlarımızın azad edilməsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlət başçımız cənab İlham Əliyevin bu bölgələrə səfərlər etməsi və qətiyyətli çıxışları, aparılacaq tikinti-quruculuq işlərinə nüfuzlu şirkətlərin cəlb olunması, regional xarakterli layihələrin icrasına başlanması yeni azad edilmiş bölgələrimizin gələcək inkişafından, camaatımızın rifahının daha da yüksələcəyindən xəbər verir.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.
Füzulinin azad olunması Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Vətən müharibəsinin yadda qalan və qürurlu günləri Ali Baş Komandan cənab İlham Əliyevin işağldakı rayonların azad olunmasını elan etməsi idi. 2020-ci ilin oktyabrın 17-də isə Prezidentin Füzulinin işğaldan azad olmasını bildirməsi ilə növbəti dəfə bütün xalqımızı sevindirmiş oldu. Ötən illərdəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləyib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ictimai həyatın bütün sahələrində böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olub. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən illərdə isə Prezident cənab İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlanıldı və rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində noyabrın 8-dək ərazilərimizin bir hissəsi, o cümlədən 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad olundu.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edidi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil.Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.
Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.
Qazanılmış qələbədən 3 il keçməsinə baxmayaraq dövlət başçısı Ali baş komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, tez bir zamanda Qarabağda həyatın bərpasına zəmin yaradır. Prezident Qarabağda o cümlədən Füzuli rayonunda əhalinin yaşayışının yüksək səviyyədə təmin olunması üçün bütün zəruri addımları atır.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev