22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti.

Bəyanatda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarı alqışlanmışdır.

“Bu növbəti tarixi uğur münasibətilə Azərbaycan xalqını, şəxsən Prezident İlham Əliyevi təbrik edirik! Bütün post-sovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.” Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Qonaqların təmsil etdiyi ölkələrin bu cür müxtəlifliyi və zənginliyi yalnız BMT Baş Assambleyası kimi tədbirlərə xas cəhətdir. Biz – Azərbaycan ictimaiyyətinin təmsilçiləri olaraq, gələn hər bir qonağı Vətənimizdə görməyə şad olacağıq”.

Azərbaycan xalqı daim ətraf mühit məsələlərinə həssaslıqla yanaşıb, onun qayğısını çəkib. Milli adət və ənənələrdə, folklorda da təbiətə məhəbbət, qayğı məqamları qabarıq ifadə olunub.

Bu yaxınlarda Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın indi yaşıl gündəliyə doğru sürətlə irəlilədiyini açıqladı. Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri kimi bunu alqışlayırıq və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə kimi yüksək qiymətləndiririk.

Biz qəbul etdiyimiz bu bəyanatla, COP29-la əlaqədar müsbət təşəbbüsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu istiqamətdə hər cür köməklik göstərməyə hazır olduğunuzu elan edirik”.

 

Mehriban Mənəfova

Saatlı rayon MKS-nin Xidmət şöbəsinin baş kitabxanaçısı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın