Beynəlxalq riyakarlığın təzahürü
Beynəlxalq riyakarlığın təzahürü.
27 sentyabr 2020 ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq,işğal olunmuş Qarabağ ərazilərindəki təmas xəttini keçərək hücuma keçdilər. Azərbaycanın müzəffər Ordusunun əks hücum əməliyyatları aparması sayəsində 50 siyasi partiya birgə bəyənat imzalayıb həmrəylik nümayiş etdirdilər. Bu bəyanatda Ali Baş Komandan İlham Əliyevin torpağlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün tam bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün göstərdiyi qətiyyətli mövqeyini ,inamlı və düşünülmüş addımlarını dəstəklədikləri bildirilib. Bu Xalq-Prezident-Ordu birliyinin tərkib hissəsidir.Bu güc sayəsində beynəlxalq aləmdə ölkə rəhbərliyinin mövqeyi möhkəmləndi, Azərbaycanın haqq səsinin eşidildilməsinə zəmin yaradıldı. Tarix boyu məkrli və hiyləgərliyi ilə dünyada tanınan ermənilər ona qucaq açan Azərbaycan xalqına qarşı müharibə elan edərək, meydan oxumağa, torpağlarımızı işğal etməyə çalışmışlar. Azərbaycan xalqı və dövlət başçısı ermənilərə səbr nümayiş etdirərək, sülh danışıqlarına çağırmağı illər ərzində davam etdirdi. Daima xalqının yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq qurumlarda və görüşlərdə Paşinyana tarixi dərs verərək “Qarabağ Azərbaycandır!” mesaji ilə erməniləri öz bədnam əməllərindən əl çəkməyə dəvət edirdi. Azərbaycanın dövlət başçısının bu illər ərzində dəfələrlə dünya ictimayyətinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsini, ona qarşı sanksiyalar tətbiq etməsini dəfələrlə tələb edirdi.Amma edilən müraciətlərə əməl edilmirdi. Nəhayət sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri hücuma keçərək, atəşkəsi kobud şəkildə pozmağa başladılar.Qəddar, ermənilər həmişə olduğu kimi mülki əhalini, mülki obyektləri, dinc insanları uşaq, qadın, qocaları hədəfə aldılar. Azərbaycanın güclü əsgərləri əks hücuma keçərək, torpaqların müdafiəsinə qalxdılar, düşmənə sarsıdıcı zərbələr endirdilər tökülən günahsız insanların qanını aldılar. Düşməni tamamilə məhv edib son damla qanlarınadək vuruşaraq qələbə sevincini Azərbaycan xalqına yaşatdılar.Ali Baş Komandan cənab İlham Əliyev dünya birliyinə Azərbaycanın haqq səsini, ədalətli mübarizəsini çatdıraraq bəyan etdi ki, Azərbaycanın işğaldan azad olunan bütün torpaqlarımızda qələbə bayrağımız əbədi olaraq dalğalandıracaqdır.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı