22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Gənclər günü

Gənclər günü

Gənclər günü

Ulu Öndər müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Gənclərə ayrılan daha bir diqqətdir ki, ölkəmizin bir neçə şəhəri müxtəlif illərdə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib. 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Mingəçevir şəhər və rayonları Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Məlumat üçün bildirək ki, “Gənclər Paytaxtı” 1 il müddətinə seçilir.
Bu müddət ərzində, həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Bu gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir. Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə uğurla təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyada müasir və uğurlu model kimi qiymətləndirilir.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər onlar üçün yaradılan şəraitin təzahürüdür. Bu gün gənclərlə bağlı kifayət qədər normativ sənədlər mövcuddur. Cənab İlham Əliyevin gənclərə etimadı, onlarla görüşlərin təşkili bu diqqətin göstəricisidir. Bu gün məlum dövlət proqramları, həyata keçirilən layihələr gənclərin fəallığına stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərini ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Cənab Prezidentin gənclərlə görüşü və gənclərin qarşısında konkret vəzifələr qoyması Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu bir daha təsdiqləyir. Azərbaycan gənclər ordusu da dövlət başçısının etimadını əməli ilə doğrultmalı, öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb ölkəmizin inkişafına töhfə verməlidir.

 

Pirimov Səxavət

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın